Nida.az
Ömər Şişaninin emissarı Qafqazda: İŞİD bölgəyə dair planı işə salır – ŞOK
İŞİD-in məşhur əmiri Ömər Şişaninin emissarı Şimali Qafqaza gəlib.
Publika.az çeçen saytlarına istinadən xəbər verir
ki, Axmed Katayev adlı döyüşçü bölgədə məşhurdur. Ötən ay Suriyadan
qayıdan Katayev bölgədə olması haqda videosüjet hazırlayıb.
Onun İŞİD-in Suriyadakı hərbi əmiri Ömər Şişaniyə yaxın olduğu deyilir. Katayev yayılan videoda özü bu haqda informasiya verib.
A. Katayev 2012-ci ildə Lopota dərəsi hadisələrinə görə həbs
olunub. Lakin bir il sonra azadlığa çıxıb. Daha sonra o, Avstriyada
qaçqın statusu alıb.
O, vaxtilə Doku Umarovun Şərqi Avropada emissarı kimi də fəaliyyət göstərib. Avstriyada sığınacaq alandan sonra Ukraynada həbs olunub. Bir müddət İsveç həbsxanasında yatıb. Daha sonra Suriyaya keçib. Hazırda Şimali Qafqazda olduğu deyilir. Katayev Suriyada Əhməd əl-Şişani kimi tanınır. Yayılan videoda o, özünü bu adla təqdim edir.
Qeyd edək ki, ötən ilin dekabrında Çeçenistanın Şərqi Qafqaz əmiri
olaraq tanınan Makhran Saidov İŞİD lideri Əl-Bağdadiyə biət
etdiyini bəyan edib.
Onun ardınca Şərqi Çeçenistanda mücahidlərin daha bir lideri Əbu
Usamə də videoçıxış yayaraq İŞİD liderinə biət etdiyini
açıqlayıb.
Bununla yanaşı, Dağıstanda “əmir Süleyman” Auxovski camaatı, həmçinin Əbu-Hatab Əl-Çərkəzinin liderliyi ilə bir qrup çərkəz İŞİD-i dəstəklədiklərini açıqlayıblar.
Bu günlərdə Rusiyanın etnologiya institutunun etnopolitik
mərkəzinin əməkdaşı Əhməd Yarlıkapov İŞİD-in Qafqaz üçün ciddi
təhlükə olduğunu açıqlayıb.
“İŞİD ideologiyası sürətlə Dağıstana ixrac olunur. Bu bölgədəki
radikal qruplaşmaların komandirləri İŞİD-ə biət edirlər. Hesab
edirəm ki, yerli güc əldə etməklə İŞİD taktikanı dəyişdirə və
bölgədə daha təhlükəli terror aktları törədə bilər. Biz anlayırıq
ki, İŞİD bu bölgədə nəzarət olunan əraziləri ələ keçirə bilməz.
Amma terror hüceyrələrini yarada bilər. Bunu ciddi qəbul etmək
lazımdır”, - deyə o qeyd edib.
Bir müddət əvvəl Dağıstanda yaşayan, adının açıqlanmasını istəməyən
keçmiş kəşfiyyatçılardan birinin Publika.az-a
şərhi də İŞİD-in Qafqazda fəallaşması baxımından maraqlı idi.
“İŞİD himayədarları bu terrorçu qurumun fəaliyyətini Şimali Qafqaza
keçirməklə regionda qeyri-stabil vəziyyət yaratmaq istəyirlər.
Hədəfdə Rusiyadır. İŞİD Şimali Qafqazda aktiv əməliyyatlara
başlayarsa, istər-istəməz Rusiyanın bir çox layihələri sual altına
düşəcək və Moskva diqqəti öz daxili vəziyyətinə yönəltməyə məcbur
olacaq” , - deyə keçmiş kəşfiyyatçı iddia edib.
Asif Nərimanlı
-
Magazin206:16Ulduzların "İtaliya nağılı" - Toyun detalları bəlli oldu
-
Səhiyyə05:15Qonşu ölkədə seksoloq vəzifəsi ləğv edildi
-
Maraq dünyası04:14Paltar yuyarkən yol verilən 5 SƏHV - "Yumruq qaydası" nədir?
-
Avropa03:13Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar - Yaralılar var / VİDEO
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
İdman30 May 23:48Parisdə PSJ azarkeşləri ilə polis arasında toqquşmalar başladı - VİDEO
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq











.jpg)













.jpg)










