Nida.az
Fazil Mustafa: Milli Şura güc sahibi deyil
“Milli Şuranın 15 mart mitinqi gündəmə gəlmək taktikasıdır. Hazırda bu qurum böyük güc sahibi deyil”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin
üzvü Fazil Mustafa deyib.
Onun sözlərinə görə, mitinqlərlə gündəmə gəlmək taktikası siyasətdə
geniş yayılıb: “Hətta bu populizm olsa belə təəccüblü deyil. Lakin
indiki məqamda seçilən bu taktika mənasızdır”.
Millət vəkili problemin həll yolunu mitinqlərdə görmədiyini qeyd
edib.
“Məqsədə fərqli yollarla nail olmaq mümkündür. Lakin bu da Milli
Şuranın seçimdir. Partiyaların etirazını çatdırma formasıdır.
Ümumiyyətlə mitinqlər demokratik ölkələr üçün adi haldır. Bu
gerçəkləşirsə, fikirlər mitinqlərdə çatdırılırsa, bu normal qəbul
olunmalıdır. Hətta mitinqə 10 nəfər çıxsa da mümkündür. Digər
tərəfdən, dövlətin mitinqə icazə verməsi yaxşı haldır. Hesab edirəm
ki, icazəsiz mitinqlərə getmək doğru deyil. Çünki bu qarşıdurmaya
gətirən haldır və ölkənin imicinə də ziyan vurur”, - deyə o
vurğulayıb.
Asif Nərimanlı
-
Magazin122:008 illik evlilik Hazala görə bitdi?
-
Magazin120:36Röya illər sonra keçmiş həyat yoldaşı ilə - VİDEO
-
İdman20:24“Sabah” - “Neftçi” matçında dava düşdü - VİDEO
-
MDB19:24İş adamı Ermitajda taxt-tacı ələ keçirdi, polisi bıçaqla hədələdi - VİDEO
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi

































.jpg)


