Nida Təhlil
"Baş nazir Azərbaycanın əhəmiyyətini anlasa..." - AÇIQLAMA
“Giorgi Qaxaria Gürcüstana baş nazir seçildikdən sonra ilk çıxışında xarici siyasətindəki əsas istiqamətlərdən bəhs edib. Giorgi Qaxaria çıxışında Azərbaycan, Türkiyə və Ermənistan ilə münasibətlərə də toxunub”.
Publika.az xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, “Gürcüstanın qonşu Türkiyə, Azərbaycan və Ermənistanla effektiv və pozitiv münasibətlər qurması çox vacibdir” deyən Giorgi Qaxaria sadaladığı ölkələrlə əlverişli siyasi və iqtisadi münasibətlərin qurulması üçün olduqca dəqiq və fəal iş aparılması vacibliyini bildirib: “Aydındır ki, Giorgi Qaxaria Ermənistanın xətrinə dəyməsin deyə bu ölkənin adını Azərbaycan və Türkiyə ilə eyni sırada hallandırıb. Ancaq Giorgi Qaxaria anlamamış deyil ki, Azərbaycan və Türkiyənin Gürcüstan üçün əhəmiyyəti daha böyükdür. Təsadüfi deyil ki, Giorgi Qaxaria çıxışında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Gürcüstan üçün mühüm əhəmiyyətə malik olduğunu xüsusi vurğulayıb. “Bu və digər layihələr bizim üçün çox önəmlidir” deyən yeni baş nazir ölkəsinin əsas layihələrinin Türkiyə və Azərbaycanla həyata keçirilməsinə işarə edib. Sadəcə, Giorgi Qaxaria Azərbaycanın ölkəsi üçün əhəmiyyətini bu şəkildə anlayırsa, başçılıq etdiyi hökumət strateji tərəfdaşı ilə münasibətlərə xələl gətirə biləcək addımlardan çəkinməli, sərhəddin yerdə qalan hissəsinə yönəlik danışıqlarda soyuqqanlığını qorumalıdır. Azərbaycanın Gürcüstanın yeni hökumətindən ən böyük gözləntisi budur”.
Zümrüd
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər




































