Nida Təhlil
Uzun müddət enerji daşıyıcılarımıza Avropada tələbat olacaq – Elşad Məmmədov
Hələ uzun müddət bizim enerji daşıyıcılarımıza Avropada tələbat olacaq.
Bu sözləri Publika.az-a açıqlamasında iqtisadçı alim Elşad Məmmədov Prezident İlham Əliyevin Münxendə “Enerji təhlükəsizliyi” mövsuzunda keçirilən dəyirmi masada çıxışı ilə bağlı danışarkən deyib.
Azərbaycanın tələb olunan bütün investisiya layihələrində iştirak etdiyini vurğulayan alim bildirib ki, ölkəmiz eyni zamanda bir sıra layihələrin demək olar ki, təşəbbüskarı olub:

"Həm neft, həm də qaz seqmenti üzrə Azərbaycan bu prosesə qoşuldu. Faktiki olaraq artıq qeyd etmək olar ki, bizim 15 ilə yaxındır ki, Avropanın neft istehlakında rolumuz var. Cənub Qaz Dəhlizinin reallaşdırılması da Azərbaycanın bu seqment üzrə mövqeləşməsinə şərait yaradır. Böyük dövlətlərlə müqayisədə ölkəmizin imkanları Avropanı qaz və neft istehlakında təmin etməkdə sözsüz ki, azdır. Ancaq bir məqama da toxunmaq lazımdır ki, biz qaz idxalı üzrə ilk 5 dövlətdən biriyik. Bizim üçün maraqlı olan milli iqtisadiyyatımızın bundan əldə etdityi resurslardır. Bu gün də Azərbaycanın ixracatında neft 90 faizə yaxın təşkil edir. Qaz üzrə ixracdan isə illik 3 milyard dollara yaxın vəsait əldə edəcəyik. Bu da iqtisadiyyatın digər prioritet sahələrinə yönlənmək üçün şərait yaradır”.
İqtisadçı OPEK+ formatından da danışıb: “Azərbaycanın OPEK + iştirakçılarının əksəriyyətindən fərqli olaraq, iqtisadi cəhətdən itirdiyi mənfəət cüzidir. Ona görə də burada Azərbaycanın götürdüyü öhdəliklər bizim milli iqtisadiyyatımıza cidddi mənfi təsir göstərmir. OPEK+ formatı uzunmüddətli bir proses deyil. Ona görə də, artıq bu gün Rusiyada, Səudiyyə Ərəbistanında və bu formatın digər əsas iştirakçılarında da ciddi şəkildə müzkirələr gedir. Çünki formatın zərəri tədricən o dövlətlər üçün artmaqdadır. Ona görə də hesab edirəm ki, OPEK+-a çox güvənmək lazım deyil. Çünki bu format dayanıqlı format kimi ola bilməz”.
Tağı Həsənov
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp












.png)
















.jpg)
.jpg)





