Nida Təhlil
Ölkələrarası ticarət əlaqələri müsbət xətt üzrə inkişaf edir - Şərh
İtaliya Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır.
Bunu Publika.az-a açıqlamasında iqtisadçı Elşad Məmmədov deyib.
İqtisadçı bildirib ki, Azərbaycan İtaliyanı neft ixracı nöqteyi-nəzərdən əsas satış bazarı kimi qəbul edib: “Buna görə də İtaliyanın enerji istehlakında Azərbaycanın xüsusi yeri var. Budəfəki səfərin əsas xüsusiyyəti onunla bağlıdır ki, Prezident İlham Əliyev keçirdiyi görüşlərdə ölkəmizə birbaşa investisiyaların daxil olması istiqamətində səylər göstərir. Həm İtaliyanın ən nəhəng maliyyə-bank qurumunun, həm də aparıcı investisiya şirkətlərinin rəhbərləri ilə görüşlərdə məhz ölkəmizin birbaşa xarici investisiyaların yerləşdirilməsi üçün uğurlu məkan olduğunu diqqətə çatdırdı. İtaliya investisiyalarının ölkəmizə daxil olması ilə gələcəkdə birgə istehsal proseslərinin formalaşması gözləniləndir. Eyni zamanda artıq Cənub Qaz Dəhlizinin TAP layihəsi üzrə də işlər yekunlaşmaq üzrədir. 2020-ci ildə Azərbaycan qazının Cənubi Avropaya çatdırılması və İtaliyaya nəqli planlaşdırılır. Bütövlükdə Avropanın aparıcı iqtisadi sistemlərindən birinə malik olan İtaliya ilə Azərbaycanın qarşılıqlı ticarət əlaqələri müsbət xətt üzrə inkişaf edir”.
Tağı Həsənov
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp












.png)
















.jpg)
.jpg)





