Nida Təhlil
Türkiyəyə gedən azərbaycanlılara ŞAD XƏBƏR: viza məhdudiyyəti...
Türkiyə ilə Azərbaycan arasında vizasız gediş-gəliş müddəti 30-dan 90 günə qaldırılıb.
Publika.az xəbər verir ki, bunu “Anadolu” agentliyinə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral açıqlayıb.
“İki ölkə vətəndaşları qarşılıqlı olaraq 30 günə qədər turist kimi gedib-gəlirlər. Bu müddəti 90 günə qədər artırdıq. Məhdudiyyətlər həm Azərbaycan, həm də Türkiyədə vətəndaşların şikayətlərinə səbəb olurdu. Bu problemlərin qarşısının alınması baxımından qərar faydalı olacaq və qarşılıqlı gediş-gəlişi asanlaşdıracaq”, - səfir bildirib.
25 fevralda Bakıda təşkil edilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci toplantısında imzalanan sənədlər barəsində danışan Özoral Türkiyə və Azərbaycanın ticarətdə qarşılıqlı olaraq gömrük vergisi tətbiq etdiyini və bu durumun bəzi sektorlarda rəqabəti öldürdüyünü qeyd edib. “Güzəştli Ticarət Sazişi”nin bu problemin tezliklə həll olunması üçün imzalandığını vurğulayıb.
Zümrüd
-
Hadisə10:50“Zelenoqrad Çikatilosu” öldürüldü: Qadın qatilini Ukrayna ordusu məhv etdi
-
Dünya10:30Trampa qarşı şok iddia: Çıxışlarından bir neçə saat əvvəl...
-
MDB09:24Dobnbas şaxtaları uğrunda döyüş: Rusiya strateji nöqtələri ələ keçirdi
-
İdman09:12Rəhim Həsənov niyə istefa vermir?
-
ABŞ09:00O da Tramp administrasiyasını tərk edir
-
Sosial08:12Ağdam şəhərinə daha 92 ailə yola salındı
-
Ekologiya07:55Azərbaycanın məşhur turizm bölgəsində dəhşətli mənzərə - Video
-
İqtisadi gündəm06:46Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir




































