Nida Təhlil
İqtisadiyyatımızda proseslər idarəolunan formatda inkişaf edir - Şərh
"Sosial xərclərlə bağlı azalmalar gözlənilmir. Əksinə biz görürük ki, artıq 3 milyard manatlıq paket mövcuddur".
Bunu Publika.az-a açıqlamasında iqtisadçı Elşad Məmmədov deyib.
O bildirib ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən videokonfransda 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunları geniş təhlil edildi: "Həmçinin hökumətin və Mərkəzi Bankın qarşısında duran başlıca vəzifələrlə bağlı ölkə başçısı mühüm tövsiyə və tapşırıqlarını verdi. Müşavirədə qeyd olundu ki, 2020-ci ilin birinci rübü xarici iqtisadi təzyiqlərlə müşahidə edildi. Yanvar, fevral aylarında iqtisadi dinamika bütövlükdə müsbət idi. Mart ayından başlayaraq xarici iqtisadi təsirlər 2 istiqamət üzrə özünü büruzə verdi. Bunlardan biri dünya iqtisadiyyatındakı böhran, digəri isə neft qiymətlərinin kəskin şəkildə azalmasıdır.
Proseslər dövlət tərəfindən düzgün şəkildə idarə olunur. Lazımi tədbirlər həyata keçirilir.
Prezident İqtisadiyyat Nazirliyinə daxili, özəl investisiyaların artırılmasının stimullaşdırılması ilə bağlı tapşırıqlar verdi. Bu da o deməkdir ki, məhz özəl investisiyalar hesabına ölkədə investisiya mühiti qorunaraq inkişaf etdiriləcək. Ona görə də ümumən qeyd etmək olar ki, iqtisadiyyatımızda proseslər idarəolunan formatda inkişaf edir".
Məhərrəm Əliyev
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub














.jpg)



.jpg)

.jpg)














.jpg)



