Nida Təhlil
Vergi güzəştləri sistemli və zəruri addımdır - İqtisadçı
"Vergi güzəştlərinin tətbiqi ilə bağlı proseslər ölkədə işgüzar fəallığın qorunmasına istiqamətlənib".
Bunu Publika.az-a açıqlamasında iqtisadçı alim Elşad Məmmədov deyib.
İqtisadçı vergi güzəştlərinin mahiyyətini belə izah edib: "Vergi Məcəlləsində bu yaxınlarda qüvvəyə minəcək güzəştlər milli iqtisadiyyatın dayanıqlığının qorunmasına yönəlib. Ona görə də şübhəsiz ki, bu proseslər ağır iqtisadi şəraitdə ölkə iqtisadiyyatına olan təzyiqin maksimum şəkildə azaldılması istiqamətində görülən tədbirlər kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, bu güzəştlər biznesin ayrı-ayrı həcminə görə təsnif edilməsini nəzərdə tutur. Biz görürük ki, mikro, kiçik və orta sahibkarlığa dəstək mexanizmlərini özündə əks etdirir. Belə ki, sadələşdirilmiş vergi ilə bağlı 50%-ə qədər güzəştin tətbiq olunması gözlənilir. Digər tərəfdən mənfəət vergisinin 75%-ə qədər azaldılması, eyni zamanda biznesin əmlak və torpaq vergisindən azad olunması məsələləri önəmlidir.
Bundan əlavə, icarə haqları yığılan zaman sahibkarların 14%-lik gəlir vergisindən azad olunması da bu layihədə yer alıb. Düzdür, yığımlar baxımından ilk baxışdan azalmalara səbəb ola bilər. Ancaq hazırkı iqtisadi durumda bunun tətbiq olunması zəruridir. Çünki onsuz da yığımlarda azalma müşahidə olunacaqdı. Biznesin ayaqda qalması qeyri-mümkün olacaqdı. Bu proses düşünülmüş və sistemli addım, stimullaşdırıcı tədbirlər kimi dəyərləndirilməlidir. Və tədricən iqtisadiyyatın bərpa olunması ilə işgüzar fəallığın artımına ümid edə bilərik".
Məhərrəm Əliyev
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub














.jpg)



.jpg)

.jpg)














.jpg)



