Nida Təhlil
“Həbəş” Brüsseli necə fəth etdi? - Məmmədov haqda gizlinlər açılır...
Keçmiş diplomat, beynəlxalq səviyyəli satqın kimi tanınan Arif Məmmədov “Azərbaycan saatı”nda çıxışı zamanı özünün noqalay nitqi ilə “yol” göstərib.
Məmmədov deyib: “Bizim vəzifəmiz bundan ibarətdir ki, biz sosial şəbəkələrdə daha aktiv olmalıyıq. Avropaya məlumatları davamlı vermək lazımdır. Belə-belə biz ölkədə çox ciddi dəyişikliyə nail olacağıq”.
Özünü “strateq” kimi sırımağa çalışan Məmmədovun əslində kim olduğu və Brüsselə qədər necə gedib çıxdığı maraqlıdır.
Bir müddət öncə gün.az saytında dərc olunan “Həbəş” Brüsseli necə fəth etdi? - Gizli təfərrüat” sərlövhəli məqalə Məmmədovla bağlı gerçəkləri bilməyə imkan verir.
Məqalənin müəllifinin apardığı araşdırmalar nəticəsində Arif Məmmədovun özü haqqında gizlətdiyi “maraqlı məqamlar” ortaya çıxıb.
Camal kişinin arzusu və Məmmədovun saxta təhsili
Məqalədə bildirilir: “Arif Məmmədovun babası Camal kişi öz nəvəsini gələcəyin prokuroru kimi görsə də, həmin dövrdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsi bəzi məmurların üzünə qapalı olduğundan, həm də Arifin orta məktəb göstəriciləri yaxşı heç nə vəd etmədiyindən Camal Məmmədovun arzusu həyata keçməyib.
Belə bir vəziyyətdə o zamanın işbazlarından birinin SSRİ Müdafiə Nazirliyinin nəzdində Xarici Dillər üzrə Hərbi İnstituta yol tapması lap göydəndüşmə olur. Bu institutun nəzdində olan hüquq fakültəsi SSRİ hərbi prokurorluq sistemi üçün kadrlar hazırlayırdı. 20-30.000 sovet rublu müqabilində bu yoldaş Arifi həmin fakültəyə düzəltməyə boyun olur. Yazılı inşa imtahanında Arifin çoxlu səhvlərə yol verməsi onun müsabiqəyə düşməsinə səbəb olur. İlkin məbləğ artırılmaqla onu tərcüməçilik fakültəsinə düzəltmək mümkün olur. Ciddi nitq qüsuru olan Arif (belə ki o, “r” səsini “l” kimi tələffüz edirdi ki, bu da tərcüməçi üçün ciddi qüsurdur) həbəş dili qrupuna salınır və Azərbaycandan gedən sovqatlar hesabına 1985-ci ildə bu fakültəni birtəhər bitirir”.
“Həbəş”in XİN-ə gəlişi və Avropa həyatı...
Müəllif yazır ki, Məmmədov işləmək üçün Efiopiyaya yola düşür: “Sovet ordusu biabırçı şəkildə Efiopiyadan çıxarılandan sonra Arif də geri dönür və yeni formalaşdırılan Xarici İşlər Nazirliyində işə düzəlir. Çünki o vaxt xarici dil bilən və xaricdə iş təcrübəsi olan kadrlara böyük ehtiyac var idi. Arif Məmmədov XİN-ə işə düzələrək protokol məsələləri ilə məşğul olmağa başlayır.
1995-ci ildə Azərbaycanın Belçikada ilk səfirliyi açılır və Arif Məmmədov Brüsseldəki səfirlikdə II katib vəzifəsinə təyinat alır. Atəşkəs təzə imzalanmış Azərbaycanda həmin dövrdə vəziyyət ağır idi. Arif isə Belçikada 1500-1800 dollar civarında əmək haqqı alırdı.
2000-ci ildə Arif Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri təyin olunur. Elə həmin gündən Brüsseldə səfir olan Mirhəmzə Əfəndiyevi saymamağa başlayır və hətta onunla danışmır. Bundan sonra Arif rotasiya qaydalarına uyğun olaraq, Azərbaycanın Belçikadakı səfiri və sonra Avropa Şurası yanında səfiri olur”.
Məqalədə bildirilir ki, A.Məmmədovun Brüsseldə dəbdəbəli şəxsi villası var və bu villa Brüssel-Löven yolunun üstündədir.
“Maliyyə maxinasiyalarına yaxşı bələd olan Arif dövlətin onun diplomatik rezidensiyası üçün ayırdığı kirayə pulları kreditə götürdüyü şəxsi villasının satınalma xərclərini ödəmək üçün istifadə edirdi. Sənədləri saxtalaşdıraraq Belçika hökumətini aldadan Arif Azərbaycanın maliyyə-mühasibat qaydalarını da ciddi şəkildə pozurdu. Nəhayət, İslam Əməkdaşlıq Təşkilatının Brüsseldəki nümayəndəsi postunu tutan və bununla da, Brüsselə təyin olunan Arif “vətəni” Belçikaya yenidən qovuşur. Sonrası isə məlumdur”, - müəllif yazır.
Sonra bəllidir, Məmmədov ölkəsini satır və indi “qoynuna girmək” üçün xarici kəşfiyyat axtarışındadır...
Publika.az
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO