Nida Təhlil
Qarabağın qaytarılması tam qətiləşmişdi, ancaq... - Politoloq gizli sənədin DETALLARINI AÇDI
Ermənistanda “Milli Demokratik Təşəbbüs Qrupu” işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycana qaytarılması haqqında sənədin mövcud olub-olmaması ilə bağlı hökumətə müraciət ünvanlayıb. Sənəddə iki mühüm məsələ yer alır: birincisi, Laçın dəhlizi istisna olmaqla Qarabağ ətrafındakı rayonlar Azərbaycana qaytarılır; ikincisi, hərbi qüvvələrini bu ərazilərdən çıxaracağı halda Ermənistana 5 milyard dollar yardım ayrılmalıdır.
Mövzunu Publika.az-a şərh edən politoloq Qabil Hüseynli bildirib ki, bu razılaşma Kazan prinsipləri də adlanır və ona qədər Sankt-Peterburqda bununla bağlı müəyyən fikirlər irəli sürülüb: “ABŞ-ın Ki-Uest şəhərində Corc Buşun vasitəçiliyi ilə danışıqlar aparılmışdı. Oradakı prinsiplər Madrid prinsiplərinə uyğun gəlirdi. ABŞ birinci mərhələ kimi tələb edirdi ki, Dağlıq Qarabağın hüdudlarından kənardakı bütün erməni qoşunları çıxarılmalı və torpaqlar Azərbaycana qaytarılmalıdır. Bundan sonra Dağlıq Qarabağın statusu və Laçın dəhlizi məsələsi müzakirə olunmalı idi. Laçın dəhlizi məsələsi müzakirə olundu və uzunmüddətli Ermənistana icarəyə verilməli idi. Həmin icarəyə görə, Ermənistan Azərbaycana təzminat ödəməli və oradan ticari yol kimi istifadəyə hər iki ölkənin birgə formalaşdırdığı komissiya rəhbərlik etməli idi. 7 rayondan qoşunların çıxarılması məsələsi isə tam qətiləşmişdi. Çünki o zaman Ermənistana beynəlxalq təzyiq çox güclü idi və işğalçı ölkə olması ilə təhdid olunurdu. Rusiya demək olar ki, ermənilərə sahib çıxmırdı”.
Q.Hüseynli qeyd edib ki, sonradan bu qərarı Sərkisyan hökuməti əhaliyə elan etməyib və o, uzun illər danışıqların nəticəsi kimi bu əməli ilə proseslərin üstündən xətt çəkib: “Azərbaycan tərəfi bütövlükdə Dağlıq Qarabağ daxil olmaqla torpaqların azad edilməsi və ölkənin ərazi bütövlüyünün təmin edilməsi müqabilində Ermənistana müəyyən məbləğdə ödəniş edəcəkdi. O zaman təzminatın miqdarı razılaşdırılmamışdı və danışıqlar gedirdi. Bundan əlavə, dağıdılmış kəndlərin, evlərin, əmlakların, təsərrüfatın bərpası və rekonstruksiyası, torpaqların rekultivasiyası üçün beynəlxalq təşkilatların (Beynəlxalq Valyuta Fondu), o cümlədən Dünya Bankının yardım etməsi gözlənilirdi. S.Sərkisyana daxildən böyük təzyiq var idi və o qorxdu. Sonradan isə bəhanələr gətirərək əldə edilən razılaşmanı pozmağa başladılar və buna nail oldular. Ermənilərin destruktiv fəaliyyəti nəticəsində razılaşmaya əməl olunmadı.
5 milyard dollara gəlincə, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacağı təqdirdə maliyyə yardımı ödəməyə hazır idik. Həmsədr ölkələr, beynəlxalq təşkilatlar və Dünya Bankı bu məbləği ödəməyi öz üzərinə götürmüşdü. Buna “Böyük sülh sazişi” deyirdilər. Bu müqavilə imzalandıqda regionun bərpası və canlandırılması istiqamətində beynəlxalq maliyyə yardımları başlayacaqdı”.
Akqabay Mıradov
-
İdman11:31Qvardiola Mançesterdəki restoranını bağladı - FOTOLAR
-
Sosial11:20Azərbaycanda əməkhaqqı belə ödəniləcək: İşçiyə xeyirdir, müdirə ziyan
-
Səhiyyə09:41Həkimdən qan azlığına görə dərman atanlara xəbərdarlıq!
-
İdman09:20Arda Turan: "Lvov güclü atəş altında idi və..."
-
Digər09:10Hindistanlılar aldadılaraq Rusiya ordusuna necə cəlb edilirlər?
-
ABŞ08:15ABŞ bu ölkədə antiterror əməliyyatına başladı
-
Nida Xəbər 07:55Azərbaycanda hərbi xidmət müddəti AZALDILACAQ - Ekspert
-
Ekopublika.az06:46Binalarla bağlı yeni qayda: Mənzillərin qiymətinə necə təsir edəcək?


























