Nida Təhlil
Paşinyanın yeni komandası: “əsas adam” getdi, XİN başsız qaldı, Türkiyədən gələn...
Ermənistanda yenidən baş nazir olan Nikol Paşinyan Nazirlər Kabinetini formalaşdırmaq istiqamətində işləyir.
Publika.az xəbər verir ki, Paşinyanın təqdimatı əsasında prezident Armen Sarkisyan nazirlərin və baş nazir müavinlərinin təyin edilməsi ilə bağlı fərmanlar imzalayıb.
Mger Qriqoryan baş nazirin müavini postunda qalıb.
- İqtisadiyyat naziri Vahan Kerobyan;
- Təhsil, mədəniyyət, elm və idman naziri Vahram Dumanyan;
- Fövqəladə hallar naziri Andranik Piloyan;
- Səhiyyə naziri Anahit Avanesyan;
- Ədliyyə naziri Karen Andrasyan;
- Maliyyə naziri Tiqran Xaçatryan;
- Müdafiə naziri Arşak Karapetyan;
- Ətraf mühitin qorunması naziri Romanos Petrosyan;
- Əmək və əhalinin sosial müdafiəsi naziri Narek Mkrtçyan;
Əsas müzakirə mövzularından biri xarici işlər naziri postuna təyinatın olmamasıdır. Ehtimallara görə, parlamentin spiker postundan gedən Ararat Mirzoyan xarici işlər naziri olacaq. XİN-də müavin postuna gətirilən Təhlükəsizlik Şurasının keçmiş sədri Armen Qriqoryanın nazir olacağı deyilsə də, Rusiyada Qriqoryana münasibətin birmənalı olmadığı deyilir. Bu baxımdan, Mirzoyanın xarici işlər naziri ola biləcəyi versiyası önə sürülür.
Mirzoyanı spiker postunda Alen Simonyan əvəz edib. Onun müavinlərindən biri isə Ruben Rubinyan olub. Rubinyanın inqilabdan öncə Türkiyədə fəaliyyət göstərdiyi haqda iddialar yenidən gündəmə gətirilib. Onun türk dilini bilməsi də diqqətçəkən məqamlardandır.
Baş nazirin müavinlərindən biri Suren Papikyan olub. Paşinyanın əsas adamı hesab olunan Tiqran Avinyan vəzifəsin gedib. Avinyan 44 günlük müharibədə Qarabağda Paşinyanın elçisi kimi fəaliyyət göstərirdi. T.Avinyan vəzifəsindən getməsini fikir ayrılığından qaynaqlandığını açıqlayıb.
Ermənistan konstitusiyasına görə, baş nazir təyin ediləndən sonra 15 gün ərzində hökumət formalaşır.
Asif Nərimanlı
-
Region01:41SEPAH komandanından körfəz ölkələrinə XƏBƏRDARLIQ
-
Magazin100:15Rəqsanənin qızıları arasında nə baş verir?
-
Qoroskop00:00Günün ULDUZ FALI - Artıq nəyi istədiyinizi bilirsiniz
-
Elm və təhsil21 Aprel 23:48Ölkə ikincisi Aylin uğurun SİRRİNİ AÇIQLADI
-
MDB21 Aprel 23:24Sovet İttifaqı Qəhrəmanı vəfat etdi
-
Elm və təhsil21 Aprel 22:24Azərbaycan məktəblərində "Son Zəng" bu tarixdə çalınacaq
-
Magazin121 Aprel 21:12Vüsalənin "BREND" SEÇİMLƏRİ - Bir gecəlik görünüşün qiyməti neçəyədir?
-
Hadisə21 Aprel 21:00Bakı metrosunda bədbəxt hadisə - Ölən var






.jpg)


















.jpg)
.jpg)









