Nida Təhlil
Rus sərhədçilər Əskiparada nə edəcək? – AÇIQLAMA
Ötən gün erməni mediası məlumat yaydı ki, Ermənistandakı rus hərbçilər Qazaxın kəndlərində tikinti işləri gerçəkləşdirir. Söhbət Əskipara kəndindən gedir. Ardınca Ermənistan Müdafiə Nazirliyi Rusiya sərhədçilərinin Tavuşda Azərbaycanla sərhəddə yerləşdirildiyini təsdiqlədi. Paşinyanın “Azərbaycanla sərhədə rus hərbçiləri gəlsin” çağırışını rədd edən Moskva niyə bu bölgəyə əsgər göndərir?
Deputat Rasim Musabəyov Publika.az-a açıqlamasında bildirib ki, burada söhbət Qazaxla Ermənistanın üzbəüz sərhədlərindən getmir:
“Söhbət bizim işğal olunmuş eksklav kəndlərimizlə Azərbaycan sərhədi arasında bir erməni kəndi var, ermənilər ona Voskepar deyirlər, oradan gedir: “Hazırlıq işləri başqa anlayışdır. Ermənilər anlayırlar ki, Azərbaycan öz eksklavlarını azad etmək üçün irəliləyəndə aradakı erməni kəndi də boşalacaq. Ona görə də ermənilər rusiyalı sərhədçiləri oraya gətirmək istəyirlər. Mən bunu istisna etmirəm. Ancaq özlərinin dediklərinə görə, həmin eksklava yol açılanda, işğal altındakı kəndlərimiz Azərbaycana qaytarılanda məlum erməni kəndi hər tərəfdən azərbaycanlılarla əhatə olunacaq”.
Millət vəkilinin fikrincə, bu, Voskepar kəndi üçün bir təminat deməkdir:
“Eyni zamanda azərbaycanlılar da həmin kənddən keçərək eksklava çıxmalıdırlar. Rusiyalı sərhədçilər azərbaycanlı əhalinin də sərbəst keçidini təmin edəcək. Əsas odur ki, Rusiya Xarici İşlər Nazirliyi də bu məsələ ilə bağlı mövqeyini açıqladı. Bildirildi ki, nə vaxta qədər Azərbaycanla Ermənistan arasında sərhəd məsələləri tənzimlənməyəcək, Rusiya sərhədçiləri canlı çəpər kimi tərəflər arasında durası deyil. Qazaxın işğal altındakı 7 kəndinin qaytarılması 10 noyabr razılaşmasında yox idi. Daha doğrusu, əvvəl var idi, sonra həmin bəndi çıxartdılar. Həmin istiqamətdə sərhədlərin dəqiqləşdirilməsi çərçivəsində bu məsələ öz həllini tapmalıdır”.
Tural Turan
-
Sosial09:12Eynulla Fətullayev saytını satdı: Azərbaycandan gedir
-
Magazin107:17Bu gün 25 dərəcə isti olacaq
-
Magazin106:16"Mehmed Fetihler Sultanı" ilə bağlı qərar
-
ABŞ04:14ABŞ-da benzin sürətlə bahalaşır
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Magazin130 Aprel 23:12Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə REAKSİYA
-
Səhiyyə30 Aprel 23:00Macar Cərrahdan BÖYÜK UĞUR: Döyünən yaralı ürəyə küçədə tikiş atdı
-
İdman30 Aprel 22:36Qurban Qurbanov: "Həmişə çempion olası deyilik ki..."






























.png)

.jpg)





