Nida Təhlil
"Onlar bu niyyətindən əl çəkməsə, Azərbaycan ciddi addımlar atacaq" - Politoloq
"Rusiya son zamanlar Ermənistana açıq şəkildə yardım edir. Onlar Ermənistanla birlikdə Qarabağda yeni bir müharibəyə hazırlaşırlar".
Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloq qeyd edib ki, ruslar erməni dəstələrini Qarabağdan çıxarmaq əvəzinə, onların sayını daha da artırır: “Rusiya hökuməti Ermənistan ordusunu təkmilləşdirəcəyini elan edir. Görünür vasitəçilik missiyasını həyata keçirməyi üzərinə götürən Rusiya, siyasi xətdində dəyişikliklər etməyə başlayıb. Sanki Rusiya istəyi ki, Azərbaycanla Ermənistan arasında yeni bir münaqişə yaransın.
Bildiyiniz kimi, dünən Azərbaycan Müdafiə Nazirliyi bəyanat verdi ki, erməni tərəfinin atdığı addımlara adekvat cavablar veriləcək. Yəni Azərbaycan Ermənistanın təxribatlarının qarşısını almağa hazırdır və onlara qarşı müəyyən addımlar atılacaq. Ermənistanın Müdafiə naziri isə təhrikedici çıxışlar edir. Məğlub olmuş bir dövlət sülh danışıqları aparmaq və təzminat ödəmək əvəzinə Azərbaycanı təhdid edir”.
Q.Hüseynli vurğulayıb ki, Rusiya bu məsələlərdə ədalətli mövqe tutmur: “Əvvəl üstübağlı şəkildə bu dəstəyi verirdisə, indi açıq şəkildə onlara yardım edir. Ordumuz yeni döyüş əməliyyatı keçirməyə hazırdır. Azərbaycan Ermənistanın hərəkətlərini izləyib analiz edəcək. Onların niyyəti bölgədə sülhün qarşısını almaq və yeni bir münaqişə yaratmaqdır. Əgər onlar öz çirkin niyyətlərindən əl çəkməsələr, Azərbaycan ciddi addımlar atacaq. Eyni zamanda Rusiyanın bu məsələdə oynadığı oyunu bir daha araşdıracağıq. Müttəfiqimiz olan Türkiyə ilə bu məsələləri müzakirə edəcəyik və bölgədə Türkiyəni rolunu daha da artırmağa çalışacağıq”.
Rahib Ələsgərov
-
Qoroskop01:20Günün ulduz falı: bu addımlar sizə qazanc gətirəcək
-
İdman22 Aprel 22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22 Aprel 22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 22 Aprel 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil22 Aprel 20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial22 Aprel 19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal22 Aprel 18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər
-
Qoroskop22 Aprel 17:49Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz








.jpg)














.png)














