Nida Təhlil
Bakının İrəvana təqdim etdiyi ədalətli SÜLH SAZİŞİ
44 günlük müharibənin başa çatmasından sonra bölgədə yaranmış yeni reallıqlarla yanaşı, yeni gözləntilər də var. Əslində bu gözləntiləri zəruri edən də Azərbaycanın müharibədə qələbi ilə yaratdığı reallıqlardır.
Ermənistan Azərbaycanın təqdim etdiyi proqram çərçivəsində sülh sazişini imzalamalıdır: sərhədlərin delimitasiyası, qarşılıqlı şəkildə ərazi bütövlüyün tanınması;
Bu sülh sazişi kifayət qədər ədalətlidir. Tarix təsdiqləyir ki, müharibədə məğlub olan tərəf qalib tərəfin hətta alçaldıcı tələblərini belə yerinə yetirməyə məcbur olur. Azərbaycan bu tarixi təcrübələrə istinad etmədən, 30 il ərzində bizə qarşı vandalizm, terror da daxil olmaqla işğal siyas yerinə yetirən Ermənistana gələcək təklif edir: ərazi iddialarından əl çəksin, Azərbaycanın ərazi bütövlüyünü tanısın və blokadan çıxsın, regional əməkdaşlıq platformalarına qoşulsun;
Ermənistanın dövlət olaraq gələcək mövudluğu bundan asılıdır. Azərbaycan müharibədən sonra dəfələrlə xoşniyyətli addımlarla regional sülhün tərəfdarı olduğunu göstərib.
BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü da bu nümunələrdən biridir. Bu görüş müharibədən sonra XİN rəhbərləri səviyyəsində ilk görüş idi və Azərbaycan tərəfi qalib və haqlı tərəf kimi görüşə razılıq verməklə, regional sülhü dəstəklədiyini nümayiş etdirmiş oldu.
Prezident İlham Əliyev İspaniyanın dünya səviyyəsində nüfuzlu EFE informasiya agentliyinə (bu agentlik ispandilli ölkələrin “Euronews”u kimi qəbul olunur) müsahibəsində bu məsələyə toxunaraq bildirdi ki, Azərbaycan və Ermənistan arasında danışıqlar və təmaslar başlanıb.
“Azərbaycan, Ermənistan və Rusiyanın Baş nazirlərinin müavinləri səviyyəsində əməkdaşlığın formatı mövcuddur və bu format kommunikasiyaların açılması məsələsinə həsr olunub. Həmçinin bu yaxınlarda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutub. Bu, müharibə bitəndən sonra birinci dəfə baş vermişdir. Bizim nazirin mənə verdiyi məlumata görə hesab edirəm ki, görüş konstruktiv və ümidverici olmuşdur”, - dövlət başçısı qeyd edib.
Prezident əlavə edib ki, Azərbayanın müharibə bitəndən sonra da mövqeyi dəyişməz olaraq qalır: “Bizim mövqeyimiz müharibə bitəndən sonra dəyişməz olaraq qalır. Biz Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istəyirik. Biz dərhal sərhədlərimizin delimitasiyasına və əlbəttə ki, bu proses bitəndən sonra demarkasiyasına başlamağa hazırıq. Həmçinin biz gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa hazır olduğumuzu bildirmişik. Bütün bu təşəbbüslər tərəfimdən və digər Azərbaycan rəsmiləri tərəfindən dəfələrlə vurğulanmışdır. Lakin əfsuslar olsun ki, Ermənistan hələ də buna müsbət cavab verməyib. Beləliklə, bizim mövqeyimiz dəyişməz olaraq qalır və bəzi addımlar var, lakin hesab edirəm ki, biz bu il ərzində daha çox irəliləyişə nail ola bilərdik”.
Bakı İrəvana ədalətli sülh sazişi təqdim edib və cavab gözləyir. Veiləcək müsbət cavab həm Ermənistan, həm də bütün bölgənin gələcəyi üçün perspektivlər açacaq. Lakin Ermənistan tərəfi hələ də heç bir cavab vermir.
Bölgənin gələcəyi üçün iki seçim var: ya sülh sazişi imzalanacaq, ya da Ermənistan üçün nəticələr daha çətin olacaq. Və burada Ermənistanın da, beynəlxalq ictimaiyyətin də üzərinə iş düşür:
- Ermənistan öz gələcəyi üçün Azərbaycanın təqdim etdiyi sülh sazişinə müsbət cavab verməlidir;
- Beynəlxalq ictimaiyyət bölgədə sülhün təmin edilməsi, regionun gələcəyi üçün Ermənistanın müsbət cavab verməsini təşviq etməlidir;
Və bu maksimum tez zamanda baş verməlidir. Çünki Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan cavab üçün sonsuza qədər gözləyə bilməz.
Asif Nərimanlı
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO