Nida Təhlil
Azərbaycan bu amillərlə yadda qalacaq - Ramiz Sevdimalıyev
Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatına qoşulub və beynəlxalq aləmdə aktiv fəaliyyəti demək olar ki, həmin dövrdən başlayıb. QH üzvlərinin dəstəyi ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasına 2 illik üzv seçildi, daha sonra hərəkata sədr oldu. Azərbaycanın Qoşulmama Hərəkatı tərkibində fəaliyyəti bir sıra hadisələrlə yadda qaldı. Sədrliyi dövründə Azərbaycan ardıcıl olaraq dövlətlərin ərazi bütövlüyü prinsipinə əsaslanaraq QH ölkələrinə yardım məsələsində və s. sahələrdə çox aktivlik göstərdi.
Bu sözləri Publika.az-a açıqlamasında siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyev deyib. Ekspert bildirib ki, yaddaqalan hadisələrdən biri də o oldu ki, pandemiya dövründə “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyə qarşı Azərbaycan QH sədri kimi aktiv mübarizə aparıb:
“Dünyanın aparıcı dövlətləri vaksinlərin kasıb dövlətlərə paylanmasında müəyyən problemlər yaşamışdı. Amma Azərbaycan bu məsələni beynəlxalq aləmdə qaldırdı, hətta koronavirusla mübarizə sahəsində Azərbaycanın təklifi ilə BMT Baş Assambleyasının xüsusi sessiyası keçirildi. Azərbaycan bir daha həmin sessiyada çıxış edərək bu problemləri gündəmə gətirdi. BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürdü və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul olundu.
Aktiv fəaliyyətinə görə Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətinin 2023-cü ilin sonuna qədər uzadılması haqqında qərar verdilər. Bu ondan xəbər verir ki, Azərbaycan özünü beynəlxalq münasibətlər sistemində aktiv, obyektiv və etibarlı tərəfdaş kimi təsdiq edib. Bununla artıq Azərbaycan beynəlxalq səviyyədə olan problemlərin həllinin aktiv iştirakçılarından birinə çevrilə bilib. Azərbaycan bu amillərlə yadda qalacaq”.
R.Sevdimalıyev qeyd edib ki, Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci böyük təşkilatdır:
“QH-nin beynəlxalq münasibətlər sistemində nüfuzu Azərbaycanın sədrliyi dövründə ciddi şəkildə artıb. BMT Baş Assambleyasına bir sıra qətnamələr təklif olunur ki, bu da Azərbaycan Prezidentinin adı ilə bağlıdır”.
Aytən Məftun
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





































.jpg)


