Nida Təhlil
Pelosinin İrəvandakı “göz yaşları” – ABŞ “yanlış ata” oynayır
Ermənistanda qondarma “soyqırımı abidəsi” önündə “göz yaşları” tökən Nensi Pelosi ABŞ üçün təkcə Azərbaycan yox, ümumilikdə Cənubi Qafqazda risklər yaratdı: Vaşinqton öz təsirini artırmaq istədiyi bölgədə itirən tərəfə çevrilə bilər, çünki bölgənin həlledici gücü Bakıdır, 44 günlük müharibədən sonra bu reallıq daha da güclənib;
ABŞ Nümayəndələr Palatasının spikeri Pelosinin İrəvana səfəri və Azərbaycana qarşı irəli sürdüyü ittihamlar isə göstərir ki, xanım spiker illərdir xidmət etdiyi erməni lobbisinə ruporluq edir.
İrəvana “desant çıxaran” Pelosinin səfərinin və Bakıya qarşı ittihamlarını iki kontekstdə qiymətləndirmək olar.
Birincisi, ABŞ Konqresinə aralıq seçkilərdir: rəy sorğularına görə, demokratların dəstəyi geriləyib və Pelosi klassik “erməni kartı”nı oynamaqla erməni icmasının səsini toplmaq gedişi edir; eyni ssenarini Fransada prezident seçkiləri dövründə də gördük – namizədlər “erməni kartı” ilə önə çıxmağa çalışsalar da, nəticə uğursuz oldu; görünür, Pelosi İrəvanda tökdüyü “göz yaşları” və Azərbaycanı ittiham etməklə seçkidə məğlubiyyət təhlükəsindən xilas olmağa çalışır;
Hərçənd, bu ABŞ-ın strateji maraqlarına tamamilə ziddir. Çünki bir tərəfdə “marionetka” olan Ermənistan, digər tərəfdə, bölgənin həlledici gücü, eləcə də Avropanın enerji xəritəsində mühüm paya sahib olan Azərbaycan var. Proseslər göstərir ki, ABŞ yanlış ata oynamaqla strateji səhvlərini təkrarlayır.
İkincisi, Cənubi Qafqazda təsir imkanını artırmaq naminə “xaos planı”nın dövriyyəyə salınmasıdır: proseslər deməyə əsas verir ki, ABŞ Rusiyanın bölgədəki təsirini azaltmaq məqsədilə Moskvanın vasitəsilə əldə olunmuş razılaşmaların arxa plana keçməsinə çalışır və Ermənistanın sərhəddə genişmiqyaslı təxribat hücumu da buna hesablanmışdı;
Hərçənd, burada da Vaşinqtonun strateji yanlışı aydın görünür.
Çünki yanlış ata oynayan ABŞ bölgədə itirilmiş nüfuzunu də yanlış yolla bərpa etməyə cəhd edir.
a) Minsk qrupunu diriltməyə cəhd edir, “Qarabağ münaqişəsi”nin bitmədiyini iddia edir və bununla Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edir: bölgədə nüfuz qazanmağın yeganə yolu postmünaqişə reallıqları üzərindən hərəkət etməkdir;
b) Bölgəyə “qayıtmaq” naminə ənənəvi ermənipərəst siyasəti edir: Pelosinin səfəri və iddiaları da buna hesablanıb, halbuki, bu heç bir perspektivi olmayan “investisiya”dan başqa bir şey deyil;
ABŞ üçün ən uğurlu nümunə Avropa İttifaqının həyata keçirdiyi siyasətdir. Rəsmi Brüssel məhz postmünaqişə reallıqlarını qəbul etdiyi üçün Azərbaycan-Ermənistan münasibətlərinin bərpasında əsas vasitəçilərdən birinə çevrilib. Düz məntiqlə Vaşinqton avropalı müttəfiqinin yanında dayanmalı, Brüsseldə əldə olunan sülh gündəliyinin icrasına çalışmalıdır, lakin burada tamamilə tərs məntiqi görürür və aydın görünür ki, Rusiyanın vasitəçiliyini qəbul etmək istəməyən ABŞ, o cümlədən, Fransa “müttəfiq” adlandırdıqları Aİ-nin və birbaşa AKİ Şurasının prezidenti Şarl Mişelin fəaliyyətinə geosiyasi qısqanclıqla yanaşırlar.
Hadisələrin inkişafı da təsdiq edir ki, sonuncu Brüssel görüşünün praktiki nəticəsizliyi məhz Vaşinqtonla Parisin həyata keçirdiyi siyasət, Ermənistanı ümidləndirmək cəhdlərindən qaynaqlanır.
Və son əməliyyatın nəticəsi də göstərdi ki, Ermənistan Azərbaycanla bacarmaq gücündə deyil, istənilən təxribatda ağır itkilərlə üzləşir, itirən əsas tərəf yenə İrəvan olur.
Bu çıxış yolu deyil, faktiki sülh prosesini pozmaq, regionda gərginliyi körükləmək siyasətidir. Yeganə çıxış yolu postmünaqişə reallıqlarının qəbul edilməsi, siyasi-diplomatik təxribatlarla alternativ gündəlik yaratmaqdan imtina edilməsi, Brüssel sülh gündəliyinin dəstəklənməsi, xüsusilə, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasıdır. Bunun alternativi yoxdur.
“Alternativ” axtarışına çıxan ABŞ və Fransa son addımları ilə Azərbaycan xalqını qarşısına almış olur.
Asif Nərimanlı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






















.webp)













.jpg)


