Nida Təhlil
Cəsədlər və yaralılar ərazidə qalıb... - Ermənistanın real itkiləri nə qədərdi? - VİDEO
10:31
Aprelin 11-də dövlət sərhədinin Laçın istiqamətində baş verən toqquşmalarda erməni tərəfi ciddi itkilər verib.
Publika.az xəbər verir ki, erməni tərəfinin itkiləri haqda rəsmi və qeyri-rəsmi mənbələrin məlumatları ziddiyyətlidir.
Ermənistan Müdafiə Nazirliyinin rəsmi məlumatı:
- 4 erməni hərbçi məhv edilib, 6 yaralı var. Yaralılardan üçünün vəziyyəti ağırdır;
Erməni mənbələr itkilərin açıqlanan rəsmi rəqəmlərdən ən azı iki dəfə çox olduğunu yazır:
- Döyüşlərin getdiyi vaxt erməni mediası Tex (Dığ) kəndinin nümayəndələrinə istinadən 6 itkinin olduğunu yazırdı, daha sonra itkilərin 10-dan çox olduğuna dair məlumatlar yayıldı;
- Çoxsaylı yaralının olduğu, ərazidən çıxara bilmədikləri, cəsədlərin atəş altında qaldığı haqda məlumatlar yayılmışdı;
- Təxribat hücumunda iştirak edən “Ermənistanın milli dövlətçiliyi” partiyasının sədri Artur Vardanyan təcili tibbi yardım maşınlarının dayanmadan əraziyə gəlib-getdiyini açıqladı;
- Sosial şəbəkə platformalarında yayıan görüntülər də erməni tərəfinin çoxsaylı itkilərinin olduğu fikrini gücləndirir;
Ermənistanın itkilərini gizlətdiyi təcrübəsi fonunda açıqlanan rəsmi rəqəmlərin – 4 ölü, 6 yaralı – reallıqda ən azı iki dəfə çox olduğu ehtimalı böyükdür, erməni mənbələrin məlumatı da bu yöndədir.
Asif
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO



































