Nida Təhlil
Ərdoğan Zəngəzur dəhlizinə görə İranı “vurdu” - Bakı və Ankara hansı gedişi edəcək?
Ərdoğan Azərbaycan səfərindən qayıdanda jurnalistlərin suallarını cavablandırarkən, Zəngəzur dəhlizi ilə bağlı diqqətçəkən mesaj verib.
- Zəngəzur dəhlizinin reallaşmasına problemi İran yaradır;
- İranla bu problemi qısa zamanda həll etmək istiqamətində addımlar atılacaq;
Bəllidir ki, Ərdoğanla Əliyev Bakıda bu məsələni müzakirə edib və dəhlizin önündəki İran maneəsinin aşılması istiqamətində atılacaq addımları müəyyənləşdiriblər. Hərçənd, Zəngəzur dəhlizinə İranla yanaşı, Ermənistan və Qərb ölkələri də qarşı çıxır:
- Ermənistan öhdəlik götürsə də, Naxçıvana “maneəsiz çıxış” verməyi suverenliyinin pozulması kimi qiymətləndirir və “dəhliz” yox, “yol” məntiqini – nəzarət-keçid məntəqələrinin qurulması – irəli sürür;
- Qərb dəhlizə Rusiyanın nəzarət etməsinə qarşı olduğu üçün “yol” məntiqindən çıxış edir;
İran dəhlizlə razılaşarsa, Ermənistan və Qərb yenə qarşı çıxacaq. O zaman, Ərdoğan niyə İranı ön plana çıxarır və “İran razılaşarsa, dəhliz açıla bilər” məntiqindən çıxış edir?
Azərbaycan, Türkiyə və Rusiya dəhliz, Ermənistan, Qərb və İran yol istəyir. Bu iki cəbhə arasında tarazlığı pozan və bölgədə Ermənistanın mövqeyini praktiki baxımdan gücləndirən İrandır. İran razılaşarsa:
- Qərbin bölgədə dəhlizin önünü praktiki müstəvidə kəsmək imkanları zəifdir;
- Ermənistan bölgədə təklənəcək və kommunikasiyanın açılması zərurəti qarşısında “maneəsiz keçid” öhdəliyini yerinə yetirmək şəraiti ilə üzləşəcək;
Ərdoğanın “Zəngəzur dəhlizinə problemi İran yaradır” açıqlamasını bu cür oxuya bilərik. Və mümkündür ki, Bakı və Ankara Moskvanın da iştirakı ilə Tehranı razı salmağa çalışacaq. Türkiyənin yeni xarici işlər naziri Hakan Fidanın İrana gözlənilən səfərində əsas müzakirə mövzularından biri bu ola bilər.
Lakin Tehranın razılaşacağı hələ də sual altındadır və İranın mövqeyinə nüvə məsələsində ABŞ-la anlaşıb-anlaşmayacağı, eləcə də Çinin bölgədə nə qədər aktivləşəcəyi təsir edəcək. Bütün hallarda isə dəhliz ətrafında gərginliyin daha da artacağı qaçılmaz görünür.
Asif Nərimanlı
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 16 Sentyabr 15:31Baş nazir qərar imzaladı




































.jpg)

