Nida Təhlil
Azərbaycana qarşı sanksiya: Aİ Avropa Parlamentinin şantajına boyun əyəcək?
Məlum olduğu kimi, Avropa Parlamenti (AP) oktyabrın 5-də Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar qoyulmasına çağıran qətnamə qəbul edib. Qətnamənin leyhinə 491, əleyhinə 9 deputat səs verib, 36 deputat isə bitərəf qalıb.
Publika.az Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyinə münasibət bildirmək üçün politoloq İlqar Vəlizadədən açıqlama alıb.
İ.Vəlizadə hesab edir ki, sözügedən qətnamə Avropa Parlamentinin öz maraqlarından irəli gəlmir:

"Qeyd olunan qətnamə Avropa siyasi elitasının Azərbaycana qarşı qərəzli siyasətinin göstəricisidir. Bu məsələdə ermənilərin təsiri çox böyükdür. Yəni o qurum Ermənistanın sözü ilə belə bir addımı atdı.
Amma hesab edirəm ki, Avropa İttifaqının rəhbərliyi vəziyyəti tamam başqa cür dərk edir. Əminəm ki, Aİ qətnamənin reallaşmasına imkan verməyəcək. Çünki Avropa İttifaqının üzvü olan müxtəlif ölkələr Azərbaycandan neft, qaz alırlar, elektrik enerjisi idxal edirlər. Odur ki, sadəcə tövsiyə tipli bir sənəd olan həmin qətnamədəki əsassız tələblərin yerinə yetiriləcəyi inandırıcı gəlmir".
Politoloq, eyni zamanda, qətnamədə öz əksini tapan Azərbaycandakı Rusiya sülhməramlılarının BMT kontingenti ilə əvəzlənməsi tələbini də məntiqsizlik nümunəsi kimi dəyərləndirib: "Düşünmürəm ki, Azərbaycan buna icazə verər. Çünki sülhməramlıların yerləşdiyi ərazi bizimdir - Azərbaycanındır. Yeri gəlmişkən, dünən Rusiya XİN-in sözçüsü Mariya Zaxarova da bu məsələyə toxunaraq bildirdi ki, sülhməramlılarının Qarabağda qalması ilə bağlı məsələləri onlar yalnız Azərbaycanla müzakirə edə bilər. Ona görə də, bu, başqa cür öz təsdiqini tapacaq tələb deyil".
Mehti Kamiloğlu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar








































