Nida Təhlil
BMT missiyası Ermənistana gələ bilər, Azərbaycana yox: Qarabağ məsələsi həll olunub - Türk general
“Avropa Parlamentinin qərarını pisləyirik. Bu qərar dezinformasiya, yalan və ikili standartlarla qəbul edilmiş qərardır. Heç bir məcburi müddəa yoxdur. Qranadada Azərbaycanın ərazi bütövlüyünü imzalayan Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğunu dəfələrlə bəyan edib. O, Putinlə eyni şeyi söylədi. Birləşmiş Millətlər Təşkilatının bütün dörd nizamnaməsi bunu qəbul etmişdir. Azərbaycan dünyanın gözü qarşısında ən humanist və şəffaf antiterror tədbirlərini öz torpaqlarında həyata keçirib”.
Bu sözləri Publika.az-a açıqlamasında ehtiyatda olan türkiyəli general Yücel Karauz deyib.
O bildirib ki, bu torpaqlarda yaşayan ermənilərə Azərbaycan Konstitusiyasına tabe olmaq, vətəndaş olmaq, bərabər vətəndaşlıq əsasında yaşamaq imkanı veriləcəyi dəfələrlə bəyan edilsə də, onlar bundan imtina ediblər:

“Rusiyanın sülhməramlı qüvvələrini əvəz etmək üçün qısa müddətdə bölgəyə Birləşmiş Millətlər Təşkilatının missiyasının gəlməsindən söhbət belə gedə bilməz. Qarabağ Azərbaycanın ərazisidir. Oradakı mövcud vəziyyətlə, geosiyasi və geostrateji inkişafla hamı barışmalıdır. Birləşmiş Millətlər Təşkilatının istənilən missiyası gəlmək istəyirsə, Ermənistana gələ bilər. Bu, Ermənistanın öz işidir, lakin Azərbaycanın razılığı olmadan onların Qarabağa gəlməsi mümkün deyil.
Qarabağ məsələsi artıq həll olunub. Azərbaycanın ərazi bütövlüyü kontekstində belə bir missiyaya ehtiyac yoxdur. Bu heç real da deyil. Avropa Parlamenti həm türk dünyasına qarşı islamofobiya ideyası ilə hərəkət edən, Türkiyə və Azərbaycana gəldikdə qərəzli qərarlar verən bir qurumdur. Bu qərar etibarsızdır. Sülh, sabitlik və əmin-amanlıq üçün otuz dörd aydır ki, sülh əlini uzadan Azərbaycan və Türkiyəyə qarşı verilən bu qərar qəbuledilməzdir".
Nəzrin
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar








































