Nida Təhlil
Bakı-İrəvan kulisində döyüş: Vaşinqtonun adamı niyə Azərbaycandan Fransaya uçdu?
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Bakı və İrəvana səfərdən sonra Parisə getdi. Dövlət Departamentinin rəsmi məlumatında qeyd olunur ki, Bono ABŞ-a qayıdarkən Paris və Brüsseldə dayanacaq.
Vaşinqtonun bu gedişi diqqət çəkir, xüsusilə Bononun Paris dayanacağı fonunda. Fransa açıq şəkildə Ermənistanın maraqlarından çıxış edir, rəsmi Bakı buna görə Parisi vasitəçilik prosesindən kənarlaşdırıb. Hərçənd, Makron administrasiyasının Bakı-İrəvan danışıqlarının Qərb platformasında təşəbbüsü ələ almaq və Cənubi Qafqazdakı reallıqları Ermənistanın xeyrinə dəyişmək cəhdlərindən əl çəkmək niyyətində deyil. Əliyev Qranada görüşündən məhz buna görə imtina etdi. Dünən Bakıda MDB ölkələrinin kəşfiyyat şeflərini qəbul edəndə də Prezident Fransanın siyasi oyunlarını sərt şəkildə tənqid etdi. Artıq Fransanı vasitəçiliyə birləşdirən körpülər rəsmi Parisin özü tərəfindən yandırılıb.
Bu kontekstdə Baydenin regiona göndərdiyi nümayəndəsinin Bakıdan Parisə uçması “Vaşinqton nə etmək istəyir” sualını doğurur. Bu sualın cavabını mümkün sülh sazişi üzrə danışıqlar prosesinin inkişaf istiqamətlərində tapmaq mümkündür.
Qarbağda erməni separatizminin ləğvindən sonra Bakı və İrəvan arasında sülh danışıqlarının hansı platformada keçirilməsi problematikaya çevrilib:
- Azərbaycan Fransanın erməni maraqlarını qorumaq məqsədilə təşəbbüsü ələ almağa çalışdığı görüşlərdən imtina edir;
- Brüssel formatına qayıdış təklifi edilsə də, aydındır ki, İrəvan Qərb düşərgəsindəki danışıqların əsas istiqamətini Parisin qurduğu masaya yönləndirməyə çalışacaq və bu, Mişelin təşəbbüslərinin nəticə verəcəyini sual altına salır;
- Bu vəziyyətdə Rusiya masası ön plana çıxır, xüsusilə Qarabağda antiterror tədbirlərindən sonra regiondakı problemlərin region ölkələri arasında həll edilməsi prinsipinin aktuallaşması fonunda: Bişkekdə XİN rəhbərlərinin üçtərəfli görüşünün keçirilməsi təklifi də bundan qaynaqlanırdı, hərçənd, Ermənistan görüşdən imtina etməklə prosesi yenidən dalana dirəyir;
Tərəflər arasında nə Qərb, nə də Rusiya masasında müzakirə ilə bağlı ortaq mövqe var. Bu vəziyyətdə Bakı və İrəvan danışıqları öz maraqlarının üstünlük təşkil edəcəyi masaya doğru yönləndirməklə yanaşı, hər iki cəbhədə masanı quranlar – Qərb və Rusiya da təşəbbüsü ələ almaq, yaxud ən azından, digərinin irəli çıxmasına imkan verməmək istiqamətində fəallaşacaq.
Lui Bononun region səfərindən geri qayıdarkən Paris və Brüsseldə dayanmasına bu kontekstdə baxa bilərik. Və aydın görünür ki, Vaşinqton Qərbin təşəbbüsü əldə verməməsi üçün prosesin axınını kəsən maneələri aradan qaldırmaq, daha doğrusu, ortaq məxrəci tapmaq məqsədilə çıxış yolları axtarır. İstisna deyil ki, Vaşinqtonun nümayəndəsi Bakı və İrəvanda danışıqların yeni raundunun başlanmasını müzakirə edib, Brüsseldə mümkün görüşün detalları ilə tanış olub, Parisdə isə Fransanın daha balanslı mövqe sərgiləməsinə nail olmağa çalışıb. O da istisna deyil ki, Vaşinqtonun əsas diqqəti Yaxın Şərqdə Həməs-İsrail müharibəsinə köklənsə də, Bakı-İrəvan danışıqlarına da ev sahibliyi etmək istəyəcək.
Asif Nərimanlı
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..." - VİDEO