Nida Xəbər
Burun dəyişmə başa bəladır? - DSX-nin reaksiyası
“Facebook”da bir qadın burun əməliyyatı keçirdiyinə görə problemlə üzləşməsindən söz açıb. O, sosial şəbəkə istifadəçilərinə bununla bağlı sual ünvanlayıb.
Həmin qadın plastik əməliyyat keçirdiyi üçün ASAN Xidmətdə ondan ümumvətəndaş pasportunu dəyişdirməsi tələb olunub. Ona bildirilib ki, əks halda, Dövlət Sərhəd Xidməti (DSX) əvvəlki halına bənzədilmədiyi üçün ölkəni tərk etməsinə icazə verməyəcək.
Publika.az xəbər verir ki, “Yeni Sabah” sözügedən məsələyə aydınlıq gətirmək üçün ASAN Xidmətə onlayn müraciət edib. Qurumdan verilən açıqlamada qeyd olunub:
“Qanunvericiliyin tələbinə əsasən, ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya pasport, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, pasport dəyişdirilməlidir. Qeyd etdiyiniz halla bağlı - Ölkədən getmək və ölkəyə gəlmək qaydaları haqqında ətraflı məlumat əldə etmək üçün Dövlət Sərhəd Xidmətinə müraciət edə bilərsiniz”.
Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən plastik əməliyyatla bağlı ümumvətəndaş pasportunun dəyişdirilməsi tələbinin mövcud olub-olmadığına dair müraciətə cavab olaraq bildirilib ki, belə bir prosedura ehtiyac yoxdur.
Xatırladaq ki, bir müddət əvvəl mövzu ilə bağlı “Yeni Sabah”-a danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov bildirib ki, biometrik şəxsiyyət vəsiqəsinin göstəricilərinə əsasən, şəxsin üz quruluşunun və yaxud göz rənginin dəyişdirilməsi onun kimliyini müəyyən etməkdə maneə yaratmır.
Yəni plastik və estetik əməliyyatlardan sonra şəxsiyyəti təsdiq edən əsas sənəd və ümumvətəndaş pasportunu dəyişməyə ehtiyac yoxdur.

-
Sağlamlıq12:00Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
-
Avto11:43Ruslar kütləvi şəkildə avtomobildən imtina edirlər - ARAŞDIRMA
-
Maraq dünyası11:25Nepalda möcüzə: 6 yaşlı qız 3 gün dağıntılar altında sağ qaldı - FOTO
-
MDB11:09Lukaşenko 72 yaşını qeyd edir - Putin həmkarını ağız dolusu təriflədi
-
İdman09:10Acunun klubu tarix yazır
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı
-
Hadisə08:19Şəkidə itlər Niderland vətəndaşına hücum etdi - Təcili əməliyyat olundu






.png)














.png)












.jpg)
.jpg)