Qadın
67 yaşlı məşhurdan gənc qızlara HƏYAT DƏRSİ
Məşhur motivator, iqtisadçı, siyasi və dövlət xadimi, jurnalist, esseist, yazıçı, televiziya və radio aparıcısı - İrina Xakamadan öyrəniləsi çox şey var. 67 yaşlı olsa da, o, gözəl görünür və hər zaman enerji doludur. İrina tamaşaçıları ilə mümkün qədər açıqdır və cavanlıq sirlərini onlardan heç vaxt gizli saxlamır.
Publika.az oxucuları İrina Xakamadanın cavanlıq sirləri ilə tanış edib.
Bir dəfə müsahibəsində Xakamada "Gənc qalmaq üçün nə edirsiniz" sualına çox maraqlı cavab verib. İrina vurğulayıb ki, bu gün qadınlara qocalmağı gecikdirməyə kömək edən plastik cərrahiyyə və qocalma prosesini gecikdirən digər müasir üsulların əleyhinə deyil. Bununla belə ulduz hesab edir ki, plastik əməliyyatlarında öz riskləri var.
"Plastik əməliyyatlara, qocalma əleyhinə prosedurlara nə qədər gec müraciət etsəniz, bir o qədər yaxşıdır. Orqanizm hər şeyə alışır. Bu gün arıqlamaq üçün yeddi kilometr qaçırsınız, altı aydan sonra isə eyni nəticəni əldə etmək üçün on kilometr qaçmalı olacaqsınız.
Elə qızlar var ki, 28-30 yaşlarında hər şeyi öz üzərində sınayıblar. Bu, o deməkdir ki, 45 yaşında onların dərisi heç nəyə reaksiya verməyəcək. Mən sizi dekorativ kosmetikaya deyil, sağlamlığa sərmayə qoymağa çağırıram: dərinin vəziyyəti birbaşa qaraciyərin və mədənin vəziyyətindən asılıdır. Əlbəttə ki, ağır pəhrizlər saxlmaq olmaz. Belə bir stress bədənin nəyinə lazımdır? Ona sağlam və rahat olmağı öyrətmək lazımdır, sadəcə gecə yemək yeməyin", - Xakamada məsləhətlərində qeyd edib.
İrina həmçinin bütün qadınlara yaşları ilə barışmağı tövsiyə edib. Yalnız belə daxili harmoniya yetkin yaşda layiqli görünməyə kömək edəcək.
"Yaş şəxsiyyətin bir parçasıdır. Onunla dostluq münasibətləri qurmalısan, onu həm indiki zamanda, həm də gələcəkdə sevməlisən, o zaman kainat sənə qarşı mehriban davranacaq. Əgər yaşına nifrət edirsənsə, o zaman ümid etmə ki, kainat da sənə qarşı lütf göstərəcək. Hər kəs qocalacaq və öləcək. Odur ki, əbədi gənclik arzusuna tüpürün, öz yaşından 5-7 yaş cavan görünmək üçün kifayət edir. Həm də görünüşünüz temperatentinizə uyğun olacaq", - Xakamada vurğulayıb.
Aytən Məftun
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO




































