Qarabağ
Azərbaycanla sərt, təhdid dilində danışmaq mümkün deyil - Rufiz Qonaqov
İndiyə qədər Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri idi. Əfsuslar olsun ki, birtərəfli qaydada Ermənistanı dəstəkləməyə davam edir. Bu illər ərzində biz onsuz da Minsk qrupunun həmsədrlərinin fəaliyyətindən narazı idik, azmış kimi, Azərbaycanın əks hücunları başlayan gündən Fransa tərəfindən prezident səviyyəsində ölkəmizə qarşı təhdidlər səsləndirilir.
Bu sözləri Publika.az-a açıqlamasında Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov deyib.
Ekspert bildirib ki, Emmanuel Makronun ədalətsiz mövqe sərgiləyərək birmənalı şəkildə Paşinyan ailəsini dəstəkləməsi və ümumilikdə onun erməni sevgisi Azərbaycan ictimaiyyəti və dövləti tərəfindən də pislənilir:
“Əgər Fransa demokratiya sahəsində özünü inkişaf etmiş Avropa ölkəsi adlandırırsa, bu hərəkəti etməməli idi. Eyni zamanda düşünmürəm ki, Makronun çıxışları və Senatda qondarma Dağlıq Qarabağ Respublikasının tanınması barədə qətnamənin müzakirəyə çıxarılması bütün Fransanın mövqeyini əks etdirir. Bu, əslində Fransanın hazırkı Prezidenti Makronun və onun adminstrasiyasının fikridir. Fransada Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə maraqlı olan kifayət qədər partiya və siyasətçilər var. Azərbaycanın prezidentləri ilə Fransanın əvvəlki dövlət rəhbərlərinin münasibətləri əvvəllər normal olub. Amma Makronun siyasəti təəssüflər olsun ki, Ermənistanı dəstəkləmək və ağa qara demək üzərində qurulub.
Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın bütövlüyünü Fransa və bütün dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar və dövlətlər tanıyıb. Belə olan halda Fransanın hansı qondarma respublikasını tanımas ilə bağlı qətnaməni senatda müzakirəyə çıxmarması başa düşülən deyil. Üstəlik, artıq orda heç bir qondarma rejim və status-kvo yoxdur. Bu qondarma rejim isə separatçılardan, eyni zamanda terroçulardan ibarət idi. Belə görünür ki, Fransa məğlub edilmiş, oradan qovulmuş Ermənistanın yaratdığı terroçu dəstəni müdafiə edir. Əgər belədirsə, Azərbaycan da bundan sonra Fransanı terrora dəstək verən, eyni zamanda bizə qarşı ikili standartlardan yanaşan ədalətsiz bir dövlət kimi tanıdacaq. Fransada Makronun hakimiyyətinin başa çatmasına az bir vaxt qalıb. Makron heç vaxt bu siyasətlə hakimiyyətdə qala bilməz. O, bu siyasətini dəyişdirməlidir. Fransa Prezidenti bu addımları atmaqla orada yaşayan ermənilərin səslərinə ümid edir. Amma anlamır ki, artıq cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanla sərt və ya hər hansı təhdid dilində danışmaq mümkün deyil. Azərbaycan artıq öz ordusu ilə qalib gələn və ərazi bütövlüyünü təmin edən bir dövlətdir. Yaxşı olardı ki, Makron Fransa ilə məşğul olsun. Hər halda Fransanın "sarı jiletlilər"hərəkatı üzvlərini döyüb demokratiyanı boğmaq cəhdləri unudulmayıb. Yaxşı olardı ki, özünün rüsvayçı hakimiyyətini zor gücünə saxlamasın, istefa versin və imkan versin ki, demokratiya Fransada qalib gəlsin və Fransanın mövqeyini əhali özü müəyyən etsin”.
Politoloq bildirib ki, bu gün hər hansı separatçı və işğalçını dəstəkləməklə, Ermənistanda həyat yoldaşı ilə qol açıb oynamaqla onlara dəstək vermək Fransaya utanc verir, gözdən salır: “Makron Fransanı dünyada elə bir rüsvayçı vəziyyətə gətirib ki, bu addımı atarsa, olan-qalan nüfuzunu da itirəcək. Odur ki, bu məsələ Azərbaycan ictimaiyyətinin nümayəndəsi kimi məni də hiddətləndirir. Fransa Azərbaycan tərəfindən bunun cavabını alacaq. Cənab Prezidentin dediyi kimi, əgər Fransa Ermənistanı bu qədər sevirsə, qoy bir ərazisini Araikin terroçu dəstəsi üçün ayırsın və bunu tanısın”.
Aytən Məftun
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?