Bu, erməni vəhşiliyinin göstəricisidir - Ceyhun Məmmədov
Bizi izləyin

Qarabağ

Bu, erməni vəhşiliyinin göstəricisidir - Ceyhun Məmmədov

Bu, erməni vəhşiliyinin göstəricisidir - Ceyhun Məmmədov

“Prezident İlham Əliyev Füzuli və Xocavənd rayonlarına səfəri çərçivəsində ərazilərimizdə erməni işğalçıları tərəfindən törədilmiş vandallıqları, vəhşilikləri bir daha bütün dünyaya nümayiş etdirdi. Ali Baş Komandan səfəri zamanı qeyd etdi ki, otuz il torpaqlarımızı işğal altında saxlayan düşmən daşı daş üstündə qoymayıb. Bu isə ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırımı siyasətinin davamıdır”.

Bu sözləri Publika.az-a danışan millət vəkili Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, ermənilər hər zaman dini və tarixi-mədəni abidlərimizə qarşı vandallıq nümayiş etdiriblər: “Cənab Prezident bu məsələni xüsusi vurğuladı ki, alban abidələrinə qarşı ermənilərin törətdikləri vəhşilik birinci dəfə deyil. Ermənilər həmişə bizim dini abidələrimizə, eyni zamanda alban irsinə qarşı hörmətsiz münasibət nümayiş etdiriblər. Hətta orada Prezident İlham Əliyev kəskin münasibətini bildirdi ki, kilsənin içərisinə də erməni adları yazıblar. Bu, erməni vəhşiliyinin göstəricisidir. Digər bir məsələ isə Azıx mağarası ilə bağlıdır. Azıx mağarasını da ermənilər uzun illərdir ki, saxtalaşdırmağa çalışırdılar. Orada hətta qanunsuz olaraq qazıntı işləri apararaq tariximizi saxtalaşdırmaq istəyiblər. Dövlət başçısı səfərdə Azərbaycana aid məktəbi də qeyd etdi ki, bu məktəb bizə aiddir və ermənilər tərəfindən dağıdılıb”.

C.Məmmədov qeyd edib ki, bu məsələ ilə bağlı Ermənistanın bu cür siyasət həyata keçirməsi birinci dəfə deyil: “Hətta orada Prezident qeyd etdi ki, onlar Qarabağda evlərin damlarını, daşlarını belə daşıyıb aparıblar. Bu da Ermənistanın bunu dövlət siyasətinə çevirdiyinin göstəricisidir. Qarabağdakı dağıntılar, vəhşiliklər, vandalizm rəsmi İrəvanın əsas siyasəti olub. Bu onu göstərir ki, ermənilər uzun illərdir ki, bu siyasəti həyata keçirirlər. Onların xalqımıza qarşı həyata keçirdiyi soyqırımı siyasəti həm də dini, tarixi və mədəni abidələrimizə qarşı yönəlib. Ermənilər bütün mədəni abidlərimizi, qəbirlərimizi dağıdıblar, tarixi saxtalaşdırmaqla məşğuldurlar. Cənab Prezident bölgənin tez bir zamanda inkişaf edəcəyini bildirdi və qısa müddətdə burada təmir və bərpa işlərinin həyata keçiriləcəyini xüsusi vurğuladı”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm