Qarabağ
Vardanyan ermənilər üçün “arzolunmaz şəxsə” çevrilir – Etirazlar başlandı
Ermənilər separatçı rejimin qondarma “dövlət naziri”, milyarder Ruben Vardanyana qarşı etiraz edr.
Publika.az xəbər verir ki, Ermənistan mediasında Vardanyanın erməniləri təhlükəyə atdığına dair mövqelər son günlər intensivləşib.
R.Vardanyanın son açıqlamaları, xüsusilə əhalini “dözməyə” çağırması erməniləri qəzəbləndirir.
Separatçıların qondarma “parlamentinin” üzvü Metaxe Akopyan Vardanyanın çağırışlarını nəzərdə tutaraq, “dözün” çağırışlarının qəddarlıq olduğunu vurğulayıb.
“Dözün çağırışları absurd və qəddarlıqır. Belə çağırışları edənlər özləri rahat yaşayır”, - Akopyan bildirib.
R.Vardanyan Ermənistan hakimiyyətinə qarşı da çağırışlar edir, xüsusilə Paşinyanı separatçı rejimə dəstək verməməkdə günahlandırır.
Erməni siyasətçi Arman Babacanyan isə hesab edir ki, Ruben Vardanyan primitiv, ehtiyatsız fiqurdur: “Vardanyan Qarabağda “ulduz qonaq” kimi peyda oldu və onun məsuliyyətsiz bəyanatları Ermənistana da, “arsax”a da zərbə vura bilər. Vardanyan düşünürsə, Ermənistanı məhv etməklə “arsaxı” xilas edə bilər, yanlış yanaşmadır. Ermənistansız onların perspektivi yoxdur”.
Babacanyan qeyd edir ki, Vardanyan əhalini şantaj edir, onları qorxu altında saxlayır.
Separatçı rejimin qondarma “naziri” kimi son dövrlər Vardanyan “hakimiyyəti” faktiki əlinə alıb və erməni əhalisinin narazılığına səbəb olan qərarlar verir: ərzaq satşına talon tətbiq edir, insanların gündəlik həyatına müdaxilələr edir, pul nağdlaşdırılmasını və enerjinin verilməsini süni şəkildə məhdudlaşdırır;
Ermənistan mediasına və sosial şəbəkələrin erməni seqmentinə baxdıqda Ruben Vardanyanın ermənilər üçün “arzuolunmaz şəxs”ə çevrildiyini görmək çətin deyil.
Asif
-
İdman06:46Doğma şəhərində Messinin nəhəng forması nümayiş olundu - VİDEO
-
Magazin106:16Lalə Məmmədovadan yeni klip
-
Dünya05:45Cənubi Koreyalı haker 25 min müştəri məlumatını ifşa etdi
-
Yaxın Şərq04:14Husilərin hücumundan sonra "Brent" markalı neft kəskin bahalaşdı
-
Səhiyyə02:12Gənclərdə yaddaş itkisinin səbəbi müəyyən edildi
-
Dünya01:41Dünyaca məşhur yazıçı vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Planlaşdırılmamış xərclər aylıq büdcənizi poza bilər
-
Magazin14 Oktyabr 23:36Generalın qızının toydur - FOTOLAR













.jpg)




















.jpg)
