Qarabağ
Sülhməramlıların daha bir avtomobili Laçına maneəsiz keçdi - FOTO
Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.
Publika.az xəbər verir ki, bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus bir təminat avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb.
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.
-
İdman06:46Doğma şəhərində Messinin nəhəng forması nümayiş olundu - VİDEO
-
Magazin106:16Lalə Məmmədovadan yeni klip
-
Dünya05:45Cənubi Koreyalı haker 25 min müştəri məlumatını ifşa etdi
-
Yaxın Şərq04:14Husilərin hücumundan sonra "Brent" markalı neft kəskin bahalaşdı
-
Səhiyyə02:12Gənclərdə yaddaş itkisinin səbəbi müəyyən edildi
-
Dünya01:41Dünyaca məşhur yazıçı vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Planlaşdırılmamış xərclər aylıq büdcənizi poza bilər
-
Magazin14 Oktyabr 23:36Generalın qızının toydur - FOTOLAR













.jpg)




















.jpg)
