Qarabağ
Qarabağda gərginlik böyüyür: separatçı rejim ləğv ediləcək?
Qarabağdakı separatçı-terrorçu rejimin daxilində çaxnaşma davam edir. Qondarma “dövlət naziri”, milyarder Ruben Vardanyanın istefa verəcəyi, eləcə də separatçıların “başçısı” Araik Arutyunyanın da Azərbaycan ərazilərini tərk edəcəyinə dair məlumatlar yayıldı. Lakin Vardanyan istefa xəbərlərini təkzib etdi. Hazırda siyasi intirqalar və təşvişin səngimədiyi haqda məlumatalar var.
Publika.az xəbər verir ki, Ermənistan mediası dünən separatçıların qondarma “təhlükəsizlik şurası”nın iclasının keçirildiyini yazıb. Detallar açıqlanmasa da, istefa məsələlərinin müzakirə edildiyi istisna deyil.
A.Arutyunyanın Vardanyanı istefaya məcbur etdiyi, daha sonra özünün də istefa verəcəyi deyilir.
Erməni mənbələr Arutyunyanla Vardanyan arasında qarşıdurmanın qızışdığını yazır. “Pastinfo” saytının məlumatına görə, Araik Rubenə “birlikdə istefa verməyi” təklif edib.
“Lakin bu halda Araik Arutyunyan “səlahiyyətlərini” icra etməyə davam edəcək. Vardanyan isə istefa verməkdən imtina edib, bundan sonra qarşıdurma daha da kəskinləşib”, - sayt yazır.
“Hraparak” nəşri isə yazır ki, Vardanyan istefa verməkdən imtina etsə də, onun getməsi məsələsi hələ də aktualdır.
“Ermənistan hakimiyyəti Qarabağda “daxili məsələlərlə” qarışmadığını desə də, əslində Vardanyanın gedişini Paşinyan istəyib. Vardanyanı oradan uzaqlaşdırmağa çalşırlar və bu məsələdə Bakı ilə İrəvanın mövqeyi üst-üstə düşür. Faktiki olaraq, Qarabağda anarxiya yaranıb və bu işdə Arutyunyanın xidməti böyükdür”, - nəşr yazır.
Separatçıların qondarma “parlamentinin” “xarici əlaqələr komitəsi”nin keçmiş sədri Vahram Atanestan isə bildirib ki, Qarabağda ümumiyyətlə qondarma rejimin ləğvi prosesi gedir.
Asif
-
Magazin101:11Ruhəngiz Musəvi həyat yoldaşının qoyduğu qadağadan danışdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya28 İyul 22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...
-
Sosial28 İyul 22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar
-
Magazin128 İyul 22:125 milyon baxışı olan mahnını yutubdan sildirdi
-
Qoroskop28 İyul 19:36Bu bürclər birlikdə olmaq üçün yaradılıblar







.jpg)

.png)


























