Qırmızı.az
İstirahətdən qayıdan ailə yol qəzasına düşdü
Biləsuvardan Lənkərana istirahətə gedən ailə evlərinə qayıdan zaman yol qəzasına düşüb. Qəza zamanı ana və az yaşlı uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Publika.az-ın məlumatına görə, Lənkəranda 2 nəfərin ağır yaralanması ilə nəticələn yol – qəza hadisəsi baş verib. Hadisə ötən gün təqribən saat 18 : 40 radələrində Ələt - Astara magistralının 196 - cı kilometrliyində, rayonun Göyşaban kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Biləsuvar şəhər sakini, 32 yaşlı Yusif Nağıyev, idarə etdiyi “Mersedes” markalı avtomaşınla, ailəsi ilə birlikdə Lənkərana istirahətə gediblər. Evlərinə geri dönərkən, yolda oğlu 9 yaşlı Zəfər Nağızadənin halı pisləşib və sürücü məcbur olub avtomaşını yolun sağ tərəfində saxlayıb. Sürücünün yoldaşı 32 yaşlı Elmira Ağayeva oğlunun əl üzünə su vurmaq üçün maşından düşüblər. Bu zaman eyni istiqamətdə hərəkətdə olan, Lənkəran rayon sakini, Elməddin Zeynalov, idarə etdiyi “İveko” markal yük maşını ilə, yol kənarında dayanan ana və uşağı vurub, sonra onların avtomaşınına çırpılıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan ana və uşaq təcili olaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Həkimlər hər iki xəstənin vəziyyətini ağır qiymətləndiriblər.
İkin ehtimallara görə, qəzanın baş verməsinə səbəb “İveko” – nun sürücüsünün, nəqliyyat vasitəsini yüksək sürətlə idarə etdiyi bildirilir.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır. Qəzanın təfərrüatları texniki ekspertizanın rəyindən sonra məlum olacaq.
-
İdman18:24Sabiq hücumçuya vəzifə verildi
-
Hadisə17:22Gəncədə 17 yaşlı oğlan atasını bu səbəbdən öldürüb - TƏFƏRRÜAT
-
Sağlamlıq16:18Həkimlərdən şok tövsiyə: Təzyiqi salmaq üçün dərman atmayın, bunu edin
-
Region16:12Qafqazda yeni körpü: Bu iki qonşumuz enerji güclərini birləşdirir
-
İdman15:40Messinin 50 milyonluq təyyarəsi: Onu xüsusi edən nədir? - FOTO
-
Rəsmi xronika15:03İlham Əliyev fərman imzaladı
-
Rəsmi xronika14:48İlham Əliyev Qlobal Bakı Forumunun açılışında çıxış etdi - YENİLƏNDİ
-
Dünya14:44ABŞ-ın bu ştatı təşvişdə: İran dronlarının hücumuna hazırlaşırlar







.jpg)































