Qırmızı.az
Ordumuzun təlimlərindən -FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 13-dən başlayan irimiqyaslı təlimlərin bu gün növbəti mərhələsi keçirilib.
Təlimlərdə iştirak edən bütün qoşun növlərinin döyüş
hazırlığının səviyyəsi, tapşırıqların daha operativ və səmərəli
yerinə yetirilməsi, qarşılıqlı fəaliyyətin və təminatın təşkili,
qarşıya qoyulan tapşırıqların icrası yoxlanılıb.
Təlim mərkəzləri və poliqonlarda motoatıcı və tank bölmələrinin,
raket və artilleriya qurğularının, zenit-raket komplekslərinin,
döyüş təyyarə və helikopterlərinin döyüş atışları icra olunub,
praktiki raket buraxılışları və bombalama həyata keçirilib.
Təlim nöqtələri, texniki təminat, təmir-bərpa, səyyar ideoloji
məntəqələrinə və mobil səhra hospitalına baş çəkən Müdafiə naziri
general-polkovnik Zakir Həsənov təlimdə fərqlənən hərbi
qulluqçuları mükafatlandırıb.
Müdafiə naziri təlimə cəlb olunan hərbi texnika və silahlara baxış
keçirib.
Təlimdə iştirak edən şəxsi heyət qarşısında çıxış edən Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan tapşırıqların uğurla yerinə yetirildiyini və təlimin məqsədlərinə müvəffəqiyyətlə nail olunduğunu bildirib.
Sonda təlim poliqonunda döyüş texnikasının keçidi və aviasiyanın uçuşları həyata keçirilib.
Təlimlər sentyabrın 20-dək davam edəcək.
-
Qoroskop00:30Günün ULDUZ FALI - Sizin üçün maraqlı qapı açıla bilər
-
Elm və təhsil00:15UNEC-in tələbəsi dünyasını dəyişdi
-
Sağlamlıq00:00Mükəmməl yuxunun sirri görün necə tapılıb
-
Hadisə12 İyul 22:24Kəlbəcərdə 11 yaşlı uşaq çaya düşdü - VİDEO
-
Hadisə12 İyul 21:48Ötən gün çimərlikdə boğulan Rəşadın FOTOSU
-
Yaxın Şərq12 İyul 21:00ABŞ-ın Küveytdəki hərbi bazaları vuruldu - VİDEO
-
Magazin112 İyul 20:00Günel Azərbaycana köçməsindən danışdı - VİDEO
-
Sosial12 İyul 18:36Nazirin yeni rütbədə İLK FOTOSU
































