Qırmızı.az
İki kolbasada donuz əti aşkarlandı
Yerli istehlak bazarında aparılan monitorinqlər zamanı bir sıra məhsullarda pozuntular aşkar edilib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, "Evrokond" MMC,-nin istehsal etdiyi "Yuvelirnoye" nişanlı şəkərli peçenye, "Lakom" firmasının istehsal etdiyi "Vesyoliy zoosad" nişanlı sərt peçenye, "Rot Front" ASC –yə məxsus "Rot Front" nişanlı "leqenda" vaflinin ümumi mikroorqanizimlərin sayına görə standartın tələblərinə cavab vermədiyi aşkarlanıb. Hər üç məhsul Rusiya istehsalıdır.
"İlahə-96" İKM-nin istehsal etdiyi "Lider R.M" nişanlı "Moskovskaya texnologiya" adlı bişən hisə verilmiş servelat kolbasası ilə bağlı analizlərin cavabları göstərib ki, təqdim edilən nümunədə məhsulun markalanmasında qeyd olunmayan donuz əti tapılıb.
Bundan başqa, "Aymin" MMC tərəfindən istehsal olunan "Bakı" nişanlı bişmiş hisə verilmiş servelat kolbasasının tərkibində markalanmasında qeyd olunmayan donuz əti aşkar edilib.
Polşadan idxal edilən "Mister Ron" nişanlı şokaladlı konfetdə bağırsaq çöpləri qrupundan olan bakteriyalar aşkar edilib. "Starıy mayak" nişanlı arağın alddehidlərin miqdarına görə standartın tələblərinə cavab vermədiyi müəyyən edilib.
Qeyd edək ki, komitə yanvar ayı ərzində ümumilikdə 56 məhsul olmaqla, 27 yerli, 29 adda xarici məhsul üzərində monitorinq aparıb. 41 (73,21%)adda məhsulun nəticəsi müsbət, 8 adda (14,29%) məhsulun analizin nəticəsi yekunlaşmayıb, 7 adda(12,5 %) məhsulun nəticəsi mənfi olub.
Gülxar
-
Səhiyyə05:15Qonşu ölkədə seksoloq vəzifəsi ləğv edildi
-
Maraq dünyası04:14Paltar yuyarkən yol verilən 5 SƏHV - "Yumruq qaydası" nədir?
-
Avropa03:13Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar - Yaralılar var / VİDEO
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
İdman30 May 23:48Parisdə PSJ azarkeşləri ilə polis arasında toqquşmalar başladı - VİDEO
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq
-
Magazin130 May 22:24Babək Niftəliyev efirə 3 oğlu ilə çıxdı - FOTO

























.jpg)










