Region
Avropa İttifaqı ABŞ-a QARŞI ÇIXDI - İrana dəstək
İran banklarının SWIFT (Ümumdünya Banklararası Telekommunikasiya Birliyi, beynəlxalq ödənişləri həyata keçirir – red.) sistemindən kənarlaşdırılması Avropa İttifaqını hərəkətə keçirdi.
Publika.az “RİA-Novosti” agentliynə istinadən xəbər verir ki, Avropa İttifaqının sözçüsü Maya Kosiyançiçin sözlərinə görə, qurum İranla sazişlərin saxlanılması üçün mexanizmin yaradılması üzrə işi sürətləndirib.
“Biz İran banklarının SWIFT sistemindən çıxarılması barədə qərarı təəssüflə qarşıladıq. Çünki, bu, beynəlxalq maliyyə sisteminin bütövlüyünə təsir edə bilər. Xüsusi Məqsədli Mexanizmə gəlincə, iş davam edir və indi o sürətləndirilib. Bu, Avropa biznesinin İranla qanuni ticarətinin davam etdirilməsini təmin etmək üçün edilir”, - o brifinqdə jurnalistlərə bildirib.
Xatırladaq ki, ABŞ-ın İrana qarşı sanksiyaların ikinci paketinin tətbiq edilməsindən sonra mərkəzi ofisi Belçikada yerləşən SWIFT yazılı bəyanat verib. Dünya miqyasında banklar arasında elektron transferi təmin edən SWIFT ABŞ-ın sanksiyalarına riayət edəcəyini və bəzi İran banklarının sistemə daxil olmasını təxirə saldıqlarını açıqlayıb.
Ömər
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı




































.jpg)

.jpg)