Region
"Haber Global" mina terroru ilə bağlı xüsusi reportaj yayımladı - VİDEO
Türkiyədə fəaliyyət göstərən “Haber global” telekanalı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi mina terroru ilə bağlı xüsusi reportaj yayımlayıb.
Publika.az xəbər verir ki, iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində mina partlaması nəticəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Dövlət Televiziyasının (AzTV) operatoru Sirac Abışov daxil olmaqla üç nəfərin şəhid olması hadisəsi ilə başlanan reportajda 44 günlük müharibədə məğlub olaraq təslimçilik aktını qəbul edən Ermənistanın hərbi cinayətləri barədə türkdilli ictimaiyyətə geniş məlumat verilib. Vurğulanıb ki, Ermənistan məqsədli şəkildə minalanmış ərazilərin xəritəsini vermir.
Reportajda diqqətə çatdırılır ki, ikinci Qarabağ müharibəsi başa çatandan - 2020-ci il 10 noyabr tarixindən bu günədək Ermənistanın basdırdığı minaların partlaması nəticəsində iyirmisi mülki şəxs olmaqla 27 nəfər həyatını itirib, 115 nəfər yaralanıb. Yaralılardan 29 nəfər mülki vətəndaşdır. Mina terrorunun qurbanına çevrilənlər barədə məlumatlar da reportajda əksini tapıb.
-
MDB12:016 milyona yaxın ukraynalı xaricdə qaçqın həyatı yaşayır
-
MDB11:5318 milyonluq alma yoxa çıxdı - Biznesmenden film kimi cinayət
-
MDB11:45Medvedev: "Tehran bu müharibəni uduzmadı!"
-
Hadisə11:30Özünü prokuror kimi təqdim edən şəxs həbs edildi
-
İdman10:26Arda Gülər: "Bacarmadıq, utanırıq!"
-
İdman09:18Rusiyada güclü zəlzələ oldu
-
İdman09:09DÇ-2026: Türkiyə 10 nəfərlə qalan Paraqvaya məğlub oldu - YENİLƏNİB
-
Avropa08:10İki qatar toqquşdu: 89 nəfər yaralandı, ölən var - Yeniləndi



































