Region
Türkiyə gömrükdə yeni qaydalar tətbiq edəcək
Qanunsuz miqrasiya hərəkətlərinin qarşısının alınması məqsədilə Türkiyənin gömrük-keçid məntəqələrində yeni tənzimləmə qaydaları qüvvəyə minəcək.
Publika.az xəbər verir ki, bununla bağlı qardaş ölkənin ticarət naziri Mehmet Muşun imzası ilə yeni tədbirlər planı hazırlanıb.
Plana əsasən, ölkəyə giriş-çıxışlarda yeni qaydalar tətbiq ediləcək və bunun üçün hər cür texniki cihaz, eləcə də məlumat sistemlərindən istifadə olunacaq.
Bununla bağlı ölkənin bütün aidiyyəti qurumlarına göndərilən bildirişdə son illər dünyanın bəzi ölkələrində yaşanan siyasi və sosial qeyri-sabitliklər səbəbilə nizamsız miqrasiya hərəkətlərinin artdığı bildirilib. Qeyd edilib ki, bu artım gömrük-keçid məntəqələrində miqrasiya qaydalarının pozulmasına yol açır. Bu səbəbdən Türkiyənin gömrük ərazisinə girən və ya çıxan nəqliyyat vasitələrinə nəzarət və bu vasitələrin yoxlanılması tədbirləri artırılacaq. Bununla yanaşı, görülən tədbirlərin tətbiqində iştirak edən məsul işçilərin məlumatlılığı artırılacaq.
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı



































.jpg)

.jpg)