Region
Suriyada rejim buna görə SÜQUT ETDİ - Fidan Əsədin əsas səhvini AÇIQLADI
Suriya prezidenti Bəşər Əsəd hakimiyyətini itirdi, çünki o, ölkədəki hərbi əməliyyatlardakı fasilədən xalqla barışıq üçün istifadə etmədi.
Publika.az "Al Jazeera" telekanalına istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib .
Respublikanın xarici siyasət idarəsinin rəhbəri dekabrın 8-də Qətərdə XXII Doha Forumunda çıxış edib. O qeyd edib ki, bir gecədə bölgədə “yeni Suriya” yaranıb.
“Bəşər Əsəd rejimi süqut etdi. Və ölkə üzərində nəzarət əlləri dəyişir. Bu, bir gecədə baş vermədi”, - diplomat vurğulayıb.
Fidanın sözlərinə görə, Suriya son 13 ildə qarışıqlıq vəziyyətindədir:
"2016-cı ildə Rusiya Federasiyası və Türkiyənin vasitəçilik səyləri sayəsində ölkədə hərbi əməliyyatlar donduruldu, lakin Yaxın Şərq respublikasının rəhbərliyi bu vaxtdan xalqla dil tapmaq üçün istifadə etmədi".
"Suriya elə bir mərhələyə çatıb ki, xalq öz ölkələrinin gələcəyini təyin edəcək", - nazir əlavə edib.
Dekabrın 8-nə keçən gecə noyabrın sonunda fəallaşan Suriya müxalifətinin silahlı dəstələri ölkənin paytaxtı Dəməşq şəhərini nəzarətə götürüb. Bundan sonra Rusiya Xarici İşlər Nazirliyi Bəşər Əsədin dövlət başçısı postunu tərk edərək xaricə getməyə qərar verdiyini açıqlayıb. Lakin bundan əvvəl o, hakimiyyətin sülh yolu ilə ötürülməsinə göstəriş vermişdi.
Hüseyn İbadlı
-
Magazin220:48"Evimə cin qəbiləsi göndərdilər" - Müğənni açıqlamaları ilə gündəmi alt-üst etdi
-
ABŞ19:00Tramp Lukaşenkoya görün nə təklif etdi
-
Ekologiya17:42Əhaliyə xəbərdarlıq edildi: Sabah Azərbaycanda...
-
Region16:54Ermənistanda "Tramp marşrutu" ilə bağlı qalmaqal: Oskanyanın cavabı verildi
-
Sosial16:32Baş nazirdən bu şəxslərin maaşları ilə bağlı QƏRAR
-
İqtisadi gündəm14:59Dolların sonu çatır: Qlobal bazar yeni valyuta axtarır
-
Sosial14:36Ksenon fara və yanıb-sönən işıqların SONU - 654 manat CƏRİMƏ və sürücülük vəsiqəsinin ləğvi
-
Sosial14:06Nigar Köçərli “Bona Dea”da dəhşət yaşadı: "Ağrıdan huşumu itirdim, ayılanda yalvardım ki..."

































