Region
Zurabişvili İvanişviliyə meydan oxudu: "Heç yerə getməyəcəyəm!"
Gürcüstan prezidenti Salome Zurabişvili dekabrın 29-da mandatı başa çatdıqdan sonra prezident sarayını tərk etmək niyyətində olmadığını açıqlayıb.
Publika.az bu barədə yerli mətbuata istinadən xəbər verir.
“Heç yerə getməyəcəyəm. Bütün bunları heç kimə buraxmaq fikrində deyiləm. İnsanlar həmişə məndən bu barədə soruşurlar, burada qalacağam”, - Zurabişvili televiziya çıxışında bildirib.
Gürcüstanın hazırkı prezidenti dekabrın 14-nə təyin edilmiş prezident seçkilərini “parodiya” adlandırıb.
Xatırladırıq ki, seçkilər bu gün Tbilisi vaxtı ilə saat 09:00-da parlament binasında başlayıb. İlk dəfə olaraq dövlət başçısını Gürcüstan əhalisi deyil, Bidzina İvanişvilinin təsisçisi və fəxri sədri olduğu hakim "Gürcü arzusu"nun mandatların əksəriyyətinə sahib olduğu birgə seçici şurası seçəcək.
Adəm Abbaslı
-
Dünya04:44Ordular birləşdi, genişmiqyaslı əməliyyat başladı
-
Sosial03:43Bu rayonların bir sıra ərazilərində işıq olmayacaq
-
Hadisə02:42Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - VİDEO/YENİLƏNDİ
-
Magazin202:12Elza çiyinləri açıq libasda poza verdi - FOTO/VİDEO
-
Magazin101:11Ev dustaqlığına buraxılan Leyla Əhmədovanın yeni FOTOLARI
-
Kriminal00:45Azərbaycanda molla arvadını qətlə yetirdi - Təfərrüat
-
Qoroskop00:30Günün ULDUZ FALI - Sevgi həyatınız çiçəklənəcək
-
Sosial00:00“Qalatasaray”dan Çempionlar Liqasında daha bir qələbə

















.jpg)











.jpg)



