Region
Putinin masasındakı “gizli qovluq”da nələr var? - Sensasion faktlar açıqlandı

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sərt addımlar atmağa hazır olduğunu bəyan edib, lakin bir şərtlə: Avropa İttifaqı da ilk addımları atmalıdır. Bu, Vaşinqtonun Moskvaya qarşı oyundəyişdirici (xüsusilə enerji daşıyıcıları ilə bağlı) sanksiyalara getmək niyyətində olmadığını təsdiq edir. Ağ Evin “Brüssel şərti” isə Avropadakı müttəfiqlərinin ABŞ-dan addım gözləməsi ilə bağlıdır. Tramp şərt irəli sürür ki, Avropa Rusiya neftini almağı dayandırmalıdır, yalnız o halda, ABŞ “vintləri sıxacaq”.
Vaşinqton da anlayır ki, Avropanın bu imkanı zəifdir.
- Avropa hələ də Rusiya enerjisindən asılıdır və bundan imtina etmək iqtisadi problem deməkdir;
- Köhnə Qitə Rusiyadan enerji asılılığından xilas olmaq istəyir, lakin bunun üçün zamana və alternativ mənbələrə ehtiyac var;
ABŞ-ın “müttəfiqləri”nin zəif nöqtələrindən istifadə etdiyi məlumdur. Rusiyada isə Putinin “gizli qovluğu”na ümid edirlər.
Publika.az xəbər verir ki, Rusiya mediası Putinin dünyada qüvvələr balansını dəyişməyə qadir olan “gizli qovluğu”nun olduğunu iddia edir.
“Razvedçik” teleqram kanalının iddiasında deyilir: “Moskvada strateji əhəmiyyətli ehtiyatların – uran, titan və nadir torpaq metallarının ixracına nəzarəti gücləndirən sərt tədbirlər layihəsi hazırlanıb. Bunlar Amerika sənayesinin, xüsusilə hərbi sektorunun əsas xammalını təşkil edir və onların tədarükünün məhdudlaşdırılması ABŞ-a böyük zərbə vura bilər, hətta heç bir sanksiya paketi itkiləri kompensasiya etmək iqtidarında deyil”.
Mənbələr bu tədbirlərin yer aldığı “gizli qovluğun” Putinin masasında olduğunu bildirir.
Rusiyada təzyiq üçün fərqli variantın da olduğu qeyd olunur: enerji resurslarının tədarükünün azaldılması ilə qlobal bazarda yanacaq qıtlığı yaratmaq və qiymətlərə süni şəkildə müdaxilə etmək.
Moskvada düşünürlər ki, bu variantın tətbiqindən ən çox Avropa ölkələri əziyyət çəkəcək. ABŞ da bunun baş verməməsi üçün Rusiyaya qarşı yeni sanksiyaları təxirə sala bilər. Çinin “NetEase” portalının analitiklərinin araşdırmalarına görə, Rusiya Qərbin sanksiyalarını öz xeyrinə çevirmək imkanına malikdir. Burada əsas məqamlardan biri 2014-cü ildə ilk sanksiyalara məruz qalandan sonra Rusiyanın kənd təsərrüfatı sektoruna xüsusi diqqət ayırmasıdır. Nəticədə Rusiya taxıl istehsalında önə çıxdı. Bu nəticə ən çox Fransa üçün mənfi perspektivlər vəd edir. Çünki uzun müddət Şimali Afrika bazarlarında taxıl tədarükünə liderlik edən Parisin yerini tədricən Moskva tutur.
Ekspertlər hesab edirlər ki, Rusiya sanksiyaların növbəti mərhələsinə “güzgü taktikası” ilə cavab verə bilər. Ki, bundan ən çox zərər çəkən ölkə Fransa olacaq.
Mövcud vəziyyətdə ABŞ, Avropa və Rusiya arasında siyasi, iqtisadi və hərbi müstəvidə dilemmanın yarandığı görünür. Tərəflərin hər birinin bu istiqamətlərdə təsir imkanlarına malik olması qarşılıqlı addımları daha da çətinləşdirir.
Asif
-
Magazin122:24
“Rəşad buna görə xərçəngə tutuldu”
-
MDB22:00
İş adamını oğurlamaqda ittiham edilən qafqazlılar HƏBS EDİLDİLƏR
-
Nida Xəbər 21:48
MN-dən Haqverdiyevin həbsi ilə bağlı AÇIQLAMA
-
Magazin221:16
Əfsanəvi aktrisa təcili xəstəxanaya yerləşdirildi: həkimlər narahatdır - FOTO
-
ABŞ19:50
Məşhur bloger BANK AÇIR
-
Sosial19:20
Mayor İlham Haqverdiyev HƏBS EDİLDİ - YENİLƏNDİ
-
Kriminal19:12
Mətanətin ATASI DANIŞDI: "Qızıma deyirdi ki..."
-
Nida Xəbər 18:53
Dövlətə xəyanətdə ittiham olunan 4 nəfərin məhkəməsi başladı