Region
Bu şəxslər Yeni il tətilində görün nə qədər pul alacaqlar
Rabota.ru və "Podrabota" (yarımştat iş) xidmətlərinin məlumatına görə, Rusiya sakinləri Yeni il tətillərində 70 000 - 200 000 rubl (təxminən 1 260 - 3 600 manat) arasında gəlir əldə edə bilərlər.
Publika.az xəbər verir ki, məlumata əsasən, mövsümi və qısa müddətli işlər əsasən turizm, ticarət və xidmət sahələrində cəmlənib.
Belə ki, Saxalin vilayətində yerləşən xizək kurortlarında xizək təlimatçılarına 200 000 rubla qədər (təxminən 3 600 manat) maaş təklif olunur.
Tambov şəhərində isə gündə azı dörd saat işləyən kuryerlər 160 000 rubl (təxminən 2 880 manat) qazana bilərlər.
Soçidə desert və şirniyyat qablaşdırılması ilə məşğul olan işçilərə tətil günlərində 128 000 rubl (təxminən 2 300 manat) qədər ödəniş vəd edilir. Bu işə məhsulların qəbulu, vitrində yerləşdirilməsi və sifarişlərin qablaşdırılması daxildir.
Ən aşağı maaşlar isə böyük şəhərlərin bəzi xidmət sahələrində qeydə alınıb. Belə ki, Moskvada uşaq əyləncəçilərinə 80 000 rubl (təxminən 1 440 manat), Kazanda fişəng mağazalarında çalışan kassirlərə isə 70 000 rubl (təxminən 1 260 manat) təklif olunur.
-
Kriminal18:25Ramiz Mehdiyev barədə qərar verildi
-
Sosial16:38Əli Kərimlinin həbs müddəti uzadıldı
-
Dünya15:32Qardaş ölkədə helikopter qəzası: bütün ekipaj həlak oldu
-
Sosial14:50MÜTDA-dan “Son Zəng”lə bağlı müraciət - "Qadağandır"
-
Sosial14:03Eynulla Fətullayev “Ağabala”nı da satdı - FOTO
-
İdman12:52Qrimaldonun özündən 2 yaş böyük sevgilisi: Onlar necə tanış olublar? - FOTOLAR
-
Sosial12:43Sabah 33 dərəcə isti olacaq
-
Region11:36Paşinyanın partiyasında kreslo mübarizəsi başladı: Əsas hədəf bu postdur












.jpg)


























