Rəsmi xronika
İlham Əliyevdən ZƏNGƏZUR MESAJI - “Onların mənfi fikir bildirməsi çox çətin olar”
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarına səfəri zamanı bu ölkənin “Fox News” telekanalına müsahibə verib. Telekanalın saytında dövlət başçısının müsahibəsində səsləndirdiyi bəzi fikirlər əsasında material yayımlanıb.
Publika.az xəbər verir ki, Prezident İlham Əliyev müsahibəsində deyib: “İstər regionumuzdan olan, istərsə də regionumuzdan kənarda yerləşən istənilən dövlət tərəfindən bugünkü nailiyyətlə bağlı hər hansı bir mənfi fikir bildirilməsi çox çətin olar. Çünki bu gün biz sülh istiqamətində yekun addımı atdıq”.
Materialda vurğulanıb ki, Azərbaycan Prezidenti Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı əldə edilmiş razılaşmanın heç kimə qarşı olmadığını deyib. Bildirib ki, bu yeni bağlantı layihəsidir və beynəlxalq nəqliyyat marşrutlarının mühüm hissələrindən biri olacaq.
Prezident İlham Əliyev müsahibəsində ABŞ Prezidenti Donald Tramp və onun komandasına razılaşmanın əldə olunmasındakı roluna görə minnətdarlığını da ifadə edib.
Dövlət başçısı, həmçinin Rusiya ilə münasibətlərdən və 2024-cü ilin dekabrında “Azərbaycan Hava Yolları”nın 8243 saylı təyyarəsinin vurulmasından danışıb. Qeyd edib ki, Azərbaycan bunun qəsdən hücum olduğunu düşünmür. “Biz, sadəcə, bunu etiraf etməyi, həmin cinayəti törədənləri cəzalandırmağı və tam təzminat ödənilməsini tələb etdik”, - Prezident İlham Əliyev əlavə edib.
-
Dünya01:407,2 bal gücündə zəlzələ oldu: yaralı sayı artdı - YENİLƏNDİ
-
Qoroskop01:20Günün ulduz falı: Özünüzə güvəniniz artacaq
-
Magazin18 Dekabr 23:35"Həbsdə olanda bu anı xəyal etmişdim" - Rəqsanə ağladı
-
İdman8 Dekabr 22:16İran şokda: DÇ-2026-da millinin oyunu LGBT-yə həsr olunacaq
-
Sosial8 Dekabr 22:04Yeni ildə neçə gün iş olmayacaq?
-
Avropa8 Dekabr 21:13Bu ölkə COVID dövrünə qayıda bilər - Əhaliyə maska xəbərdarlığı
-
Sosial8 Dekabr 20:30Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: Ətrafdakı tikililər üçün TƏHLÜKƏ - FOTO
-
İdman8 Dekabr 20:05Vernidub Bakıya gəldi, “Neftçi” ilə anlaşdı - Müqavilənin detalları















.jpg)





.jpg)







.jpg)

.jpg)







