Rəsmi xronika
Kəlbəcər şəhərində 3-cü yaşayış kompleksinin təməli qoyuldu - YENİLƏNDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də Kəlbəcər şəhərində 3-cü yaşayış kompleksinin təməlini qoyub.
Publika.az xəbər verir ki, yaşayış kompleksinin ümumi ərazisi 7,6 hektar olacaq. Burada 4 və 5 mərtəbəli 29 bina tikiləcək. Kompleksdə 476 mənzilin inşası planlaşdırılıb ki, onlardan da 8-i birotaqlı, 176-sı ikiotaqlı, 169-u üçotaqlı, 123-ü isə dördotaqlı olacaq.
Buraya köçürüləcək ailələrin rahatlığı və məişət məsələlərinin həlli üçün kompleksdə bütün zəruri infrastruktur qurulacaq. Belə ki, burada məişət və ticarət obyektləri, futbol meydançası, istirahət guşələri, söhbətgahlar, uşaq oyun meydançaları, velosiped yolları, yerüstü avtomobil dayanacağı yaradılacaq. Binalar daimi su, elektrik təchizatı və yüksəksürətli internetlə təmin ediləcək. Ərazidə geniş abadlıq və yaşıllıq işləri görüləcək.
xxx
10:14
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 21-də Kəlbəcər şəhərində 3-cü yaşayış kompleksinin təməlini qoyub.
Publika.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
-
Hadisə18:10Bakıxanovda yaşayış binasındakı yanğın söndürüldü - Yeniləndi
-
Cənubi Qafqaz16:18Azərbaycanla sülh sazişini imzalayacağıq, amma... - Köçəryandan sensasion iddia
-
Rəsmi xronika15:25İlham Əliyev sərəncam imzaladı
-
Dünya14:46Türkiyə Fransa və Rusiyanı sıxışdırır - Ankaradan səssiz və strateji gediş
-
Dünya14:16Azərbaycanlıların öldüyü gəmini onlar vurub
-
Region13:45Ermənistan qarışdı: Kütləvi həbslər keçirilir
-
Sosial13:27XİN-dən vurulan gəmi ilə bağlı açıqlama
-
Qarabağ 12:12Moskvadan Bakı və İrəvan siqnalı: Yeni “3+3” görüşünün yeri açıqlandı














.jpg)























