Sağlamlıq
Yuxudaykən niyə yıxılırıq?
Tam yuxuya dalan an, birdən yıxılma hissinə qapılıb diksinməyimizi çox görmüşük. Olduqca geniş yayılan bu hissə, beyindəki iki bölgənin nəzarət qarşıdurması səbəb olur.
Yuxunun hissəsi kimi qəbul ediriksə, boşluğa düşmüş hissi yaranır: buna hipnik qıcolma deyilir.
Bu beynimiz yuxuya görə ətrafla əlaqəsini kəsərkən ortaya çıxan bir qarşıdurmanın nəticəsidir.
Yuxuda vücudumuz iflic olmuş kimidir və ətraf dünyadakı hadisələrə laqeyd hala düşür. Amma, əzələ nəzarətimiz, belə deyil.
Beynimizdəki retikulyar aktivasiya sistemi adlı bölgə, nəfəsalma kimi əsas funksiyaları idarə edir və bizə sayıq qalma duyğusunu hiss etdirir.
Digər tərəfdən, görmə ilə bağlı ventrolateral preoptik nüvə (optik sinirin önündəki bölgə) isə, yorğunluğu qaydasına salır.
Yuxuya dalma əsnasında, retikulyar aktivasiya sistemi, bədənimizin idarəsini əldən buraxdığı halda, ventrolateral nüvə, nəzarəti ələ keçirir.
Bu, yavaşca qısılan bir lampa düyməsi kimidir, amma hər zaman mükəmməl işləməyə bilər.
Oyaqlığı təmin edən enerji qalıqları anidən yüksəldikdə, iflic hərəkətləri müşahidə olunur.
Lakin, bunun səbəbi tam olaraq aydın deyil. Sürətli göz hərəkətlərinin əksinə, bu iflic hərəkətlərinin yuxu görən beyinlə heç bir əlaqəsi yoxdur.
Həm də günün son qalıqları kimidir.
"Partlayan baş sindromu'" adı verilən və insanın başının içində bomba partlayırmış kimi səslərin eşidilməsinə səbəb olan qəribə narahatçılıqda da, oxşar əlamətlər gözə çarpır.
Beyinin oyaq və yuxuya keçən qismi arasında bir idarəetmə qarşıdurması var və bu şimşək çaxması kimi işiqlar görməyə və yüksək səsli partlamalar eşitməyə səbəb olur.
Bəzi hallarda isə bu, yuxusuzluğa və hətta, bədənin bilinməz güclər tərəfindən ələ keçirilməsi iddialarına da əsas yaradır.
Lakin, ümumi olaraq, burada narahatçılığa əsas yoxdur. Yuxuya dalma anında yaranan qəribə bir qarşıdurmadan ibarətdir.
Daha əvvəllər mövzu haqqında yazan psixoloq Tom Stafford-a görə: "Yuxulu halda etdiyimiz hər iki hərəkət növü arasında, xoş bir simmetriya mövcuddur. Sürətli göz hərəkətləri, oyanmaqda olan dünyada görülə biləcək röya qalıqlarıdır. Hipnik qıcolamlar isə, röya dünyasına icazəsiz girən oyanıq yaşam qalıqları kimidir." (bbc)
-
Sosial20:24
Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir