Sağlamlıq
Psixoloqdan mühüm xəbərdarlıq: “Basdırılmış duyğular bir çox fəsadlara yol açır”
Türkiyəli ekspert, psixoloq Leyla Arslan basdırılmış emosiyaların insan səhhətinə zərərlərindən danışıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekspert duyğuları basdırmamağı, amma onları nəzarət altında saxlamağı tövsiyə edib:
“Müəyyən dövrlərdəki toplanan emosional gərginliyin basdırılmış duyğular olduğu zənn edilir. Əslində bütün duyğular çox dəyərlidir. Heç bir emosiya digərindən üstün deyil və yaşamağa icazə verilmədiyi hallarda bu duyğular xəstəlik yaradır.
Duyğularına nəzarət edə bilməyən və onları basdırmış insanlar əslində bu yolla xilas olmur. Bəziləri xoş, bəziləri mənfi olsa da, hər bir emosiya insan üçün lazımdır. Yaşanmasına, ifadə edilməsinə icazə verilməyən duyğular bir çox fəsadlara yol açır. Onları basdırıb günah və ya utanc hissini qəbul edərsək, bu yolla özümüzü cəzalandırarsaq, altda gizlədilən duyğular özünü ifadə etmək üçün tiklər və ya gecə kabusları meydana gətirəcək. Və bu “yuxu terroru”na səbəb olacaq. Odur ki, duyğuları idarə etmək çox vacibdir.
Tik - ani olaraq özünü göstərən və müəyyən xüsusiyyətləri ilə təyin olunan, hər hansı məqsədə xidmət etməyən əzələ sıxılmalarıdır. Hərəkət çox vaxt refleks halında adamın fərqində olmadan təkrarlanır”.
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı




































.jpg)

.jpg)