Sağlamlıq
Professordan ŞOK AÇIQLAMA: koronavirus daha bir orqanı sıradan çıxarır, heç kim görmür - VİDEO
Video əlavə olunub.
xxx
Ağciyərləri hədəf alaraq tənəffüs çatışmazlığına səbəb olan koronavirus ürək çatışmazlığı da yaradır.
Publika.az xəbər verir ki, bunu İstanbul Universiteti-Cərrahpaşa Tibb fakültəsinin dekanı, ürək-damar cərrahı, professor Əhməd Ağgül açıqlayıb.

Professor bildirib ki, koronavirus bədənə daxil olduğu zaman özünü çoxaltmaq üçün hüceyrələrin içinə girməsinə ehtiyac duyur. Əks halda, yaşaya bilməyib yox olur. Virus hüceyrəyə daxil olmaq üçün hüceyrə səthində bir “qapı” tapmalıdır. Bu qapı da ACE2-dir (anqiotensin çevirici ferment 2). Bu ferment hansı hüceyrədə varsa, o xəstələnə bilər. Hüceyrənin xas olduğu orqanlar isə ağciyər, ürək, damar və bağırsaqlardır. Buna görə də koronavirus ağciyəri zədələdiyi kimi ürəyə də təsir edə bilər.
Ağgülün sözlərinə görə, hazırda mediada ağciyər gündəmdədirsə, gələcəkdə ürək əzələlərinin iltihablanması da eyni cür səs-küy yaradacaq: “Kovid-19 xəstələrinin bir çoxunda ürək əzələsinin zədələnməsini göstərən “Troponin” fermenti var. Ürək əzələsinin virusdan zərər görməsinə miokardiya deyilir və müalicə olunmasa, ürək çatışmazlığına səbəb olur. Yəni xəstəxanaya Kovid-19 diaqnozu ilə yatanlar hazırda ağciyər tomoqrafiyasında yaxşılaşma olduğu halda evə buraxılır, amma ürəkdəki problemə baxılmır”.
Zümrüd,
Video: Sevinc Xanqızı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq

































