Sağlamlıq
İsveçli həkimdən koronavirusla bağlı DƏHŞƏTLİ PROQNOZ
Koronavirus infeksiyasının yayılması səbəbi ilə İsveçdə yaşlı insanlar arasında ölüm faizinin yüksəlməsi nəticəsində uzunömürlülərin sayı kəskin azalacaq.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu proqnozu isveç həkim Yngve Qustafson söyləyib.
“Önümüzdəki həftələrdə qorxunc rəqəmlər görəcəyik. İsveçdə qocalar evləri infeksiyalar üçün təhlükəli hal alıb. Stokholmda COVID19-dan ölənlərin demək olar ki, 40% -i belə müəssisələrdə yaşayırdı və yaşları 70 yaşdan yuxarı idi. Eyni zamanda koronavirus qonşu ölkələr, məsələn, Norveçlə müqayisədə İsveçdə daha aktiv şəkildə yayılır” , - deyə həkim açıqlamasında qeyd edib.
Qustafson bunun bir neçə səbəbinin olduğunu düşünür. Norveçdə xəstəxanalar qocalar evlərindən məsuliyyət daşıyır və müalicəvi xidmətlər üstünlük təşkil edir. Amma İsveçdə bu cür müəssisələrdə işləmək üçün xüsusi tibbi bilik tələb olunmur.
“Yaxşı qoruyucu vasitələr olmadığından gigiyenanı təmin etmək çox çətindir və yaşlı insanlar xəstəxanalara göndərilmir” , - deyə həkim əlavə edib.
Onun sözlərinə görə, səhiyyə xidmətinin əməkdaşları insanları səhv “sıralayır”: xəstələri yaşamaq şanslarına görə ayırırlar, odur ki, yaşlı xəstələr xəstəxanaya yerləşdirilmir, evdə və ya qocalar evlərində müalicə olunur.
Qustafson koronavirusa yoluxmuş yaşlı insanların xəstəxanalara aparılacağı təqdirdə çox sayda ölümün qarşısını alına biləcəyini söyləyib.
Aytən Məftun
-
Hadisə22:3212 yaşlı şagird özünü məktəb binasından atıb? - Rəsmi açıqlama
-
Dünya21:3929 ölkə İrana qarşı birləşdi - Birgə bəyanat
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
















.jpg)


















