Sağlamlıq
Azərbaycanda koronavirusa yoluxan həkim sağaldı
Xəstənin boğazını müayinə edərkən koronavirusa yoluxan lor cərrahı İlqar Əzimov sağalıb.
Publika.az xəbər verir ki, bu barədə anestezioloq-reanimatoloq Şahin Məmmədov məlumat verib.
O, bildirib ki, həddən artıq ağır vəziyyətdə klinikaya aparılan cərrah Azərbaycan həkimləri tərəfindən yenidən həyata qaytarılıb və evə buraxılıb: “Hipoksiyada ağır tənəffüs çatışmazlığı olduğu üçün dərhal süni tənəffüslə CPAP verildi. Lakin spap kömək edə bilmədiyi üçün intubasiya edilərək tam olaraq süni tənəffüsə keçirildi. İlqar həkim 1 həftədən çox süni tənəffüs aparatında ölümlə mücadilə etdi. Ağciyərlər hər ikisi total olaraq pnevmoniya olduğuna görə, hətta süni tənəffüs aparatı qanda oksigeni qaldıra bilmirdi. Süni tənəffüs aparatında 100% oksigen ve yüksək PEEP verilməsinə baxmayaraq, saturasiya 62-72h % idi. C reaktiv zülal 600 dən yuxarı qalxmışdı.
Real ölüm təhlükəsinə baxmayaraq, həkimlər gecə-gündüz dayanmadan çalışdı. Həkim kolleqanın həyatda qalması üçün bütün klinika səfərbər olundu. Bu, karonavirusla Azərbaycan həkimlərinin şiddətli müharibəsinin bariz nümunəsi idi. Hətta mübarizədə iştrak edən qadın həkimlərin aparılan tədbirlərin effektsiz olduğunu gördükcə ağladığının şahidi olduq. Azərbaycanda ilk həkim ölümü qeydə alına bilərdi deyə, klinika rəhbərliyindən xırda medpersonala qədər hamı bütün gücünü qoydu.
Aparılan tədbirlər öz müsbət effektlərini verməyə başlayanda sevincimizin həddi-hüdudu yox idi. Süni tənəffüsdən ayrıldıqda onun müalicəsində ciddi əməyi olmuş tibb üzrə fəlsəfə doktoru, dosent, reanimatoloq Kəmalə Namazova sevincindən göz yaşları axıtdı. Onların hər birini alqışlayaq! Sizinlə fəxr edirik və qürur duyuruq!”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
