Sağlamlıq
ÜST-dən məyusedici PROQNOZ: Payızda vəziyyət pisləşəcək
Ümumdünya Səhiyyə Təşkilatı mövsümi koronavirusun ikinci dalğasına qızılca və qrip epidemiyasının da qoşulacağını açıqlayıb.
Publika.az xəbər verir ki, ÜST payızda baş verə biləcək koronavirusun ikinci dalğası barədə xəbərdarlıq edib. Bildirilib ki, o vaxta qədər bir çox ölkədə məhdudiyyətlərin qaldırılma ehtimalı var. Bəziləri artıq sərhədləri açmağa hazırlaşır, mağazalar açılmaqdadır, Almaniyada idman yarışlarını davam etdirməyə hazırlaşırlar.
Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional ofisinin direktoru Hans Kluge “The İndependent” qəzetinə müsahibəsində “Avropa ölkələri yeni növ koronavirusun ikinci dalğasına hazırlaşmalı və pandemiya səbəbi ilə tətbiq olunan məhdudlaşdırıcı tədbirləri qaldırarkən ehtiyatlı olmalıdırlar. Təhlükə ondadır ki, qrip və qızılca xəstəliyi də ənənəvi olaraq payızda baş verir. Beləliklə həkimlərin yükü indikindən daha çox ola bilər. Vaksin icad olunduqdan sonra virusun yayılmasını dayandırmaq mümkün olacaq”, - deyə qeyd edib.
Rusiya mətbuatı yazır ki, könüllülər tərəfindən dərmanla bağlı aparılan araşdırma iyun ayına qədər tamamlanacaq, peyvənd isə sentyabra kimi hazır ola bilər.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
