Sağlamlıq
Çörək yeməsək, orqanizmdə NƏ BAŞ VERƏR?
Son vaxtlarda qlütensiz çörək dəbdədir. Qənnadı məhsullarından imtina sağlam həyat tərzinə doğru mühüm addım kimi qiymətləndirilir. Minlərlə bloger instaqramda paylaşır ki, çörəkdən imtina etməklə özünə ən böyük yaxşılığı edib.
Onların nəticələri heyrət doğurur: Dəri yaxşılaşır, çəki azalır və bədən enerji ilə dolur. Bəs, görəsən, bütün bunlarda həqiqətlər varmı?
Publika.az mütəxəsislərin araşdırmalarını və çörəkdən imtina nəticəsində orqanizmdə baş verən dəyişikliklərin nəticələrini oxuculara təqdim edir:
Ağ və qara çörək
Çovdar çörəyi və yulaf məhsulları barədə heç bir şübhə yeri yoxdur. Belə bir məhsul bədən üçün faydalıdır. Təəccüblü deyil ki, qara çörək və su ilə dolanan adam uzunömürlü olur. Amma ağ unun tamamilə fərqli bir hekayəsi var. İyirminci əsrdə un unikal şəkildə istehsal olunmağa başladı və keyfiyyəti əhəmiyyətli dərəcədə azaldı. Odur ki, yüksək dərəcəli undan bişmiş ağ çörəkdən imtina etməyi şiddətlə tövsiyə edirlər. Niyə? Açıqlayım.
1-ci səbəb: Faydasız məhsul
Əvvəllər buğda taxılı vitaminlərlə zəngin idi. Amma taxıl emalı prosesində onun bütün qida dəyəri una çevrilməsi ilə yox olur. Ən yüksək dərəcəli un yalnız 30% faydalı maddələrin saxlanmasını təmin edir ki, bu da 2 həftədən sonra aktiv olmur. Unun istifadə müddəti nə qədərdir? 12 ay. Yüksək dərəcəli adlandırılan yararsız ağ tozdan çörək bişirirlər.
2-ci səbəb: Ağ çörəyin heç bir dadı olmadığını qəbul edin.
Ancaq çoxunu cəlb edən məhz budur. Bu, onunla istifadə edəcəyiniz məhsulların dadını qiymətləndirməyə mane olmur: ət, şorba, pendir. Amma taxıl məhsulları kimi dadını yaxşılaşdırmır da.
3-cü səbəb: Toksinlər
Müasir dünyada buğda böyük miqyasda yetişdirilir. Daha bol və daha sürətli məhsul almaq, müxtəlif gəmirici və göbələklərdən xilas olmaq üçün torpağa pestisidlər və kimyəvi maddələr səpilir. Unun daha bəyaz olması üçün istehsalçılar yuyulma prosesində də eyni maddələrdən istifadə edirlər: benzoil peroksid, sodyum və kalsium pyrosulfate və xlor dioksid. Odur ki, çörəyin hansı undan hazırlandığını həmişə müəyyən etməlisiniz: rəfinə edilmiş, yoxsa təbii. Rəfinə edilmiş un yuxarıda təsvir edilən bütün proseslərdən keçir.
4-cü səbəb: Dəri üzərində qaşınma
Biz nə yeyiksə, oyuq. Əgər un məhsullarından çox istifadə edirsinizsə, bu, əlbəttə ki, ilk növbədə dəriyə təsir edəcək. Dəridə qaşınma, səpki və sızanaq əslində çörəkdə olan qlüten reaksiyasının nəticəsidir. Qlüten praktiki olaraq bədəndən xaric olunmur və bağırsaq divarlarına yapışaraq ona zərər verir. Zamanla bu liflər faydalı maddələrin sovrulma funksiyasını pozur. Odur ki, kosmetoloqa getməzdən əvvəl rasionunuzu bir daha nəzərdən keçirin.
5-ci səbəb: Həzm sistemi problemləri
Qlüten burada yenə "günahkar"dır: bağırsaqdakı hüceyrələrin bütövlüyünü pozur və həzm sistemində bir sıra problemlər meydana çıxır. Taxıl çörəyində insan bədəni üçün vacib elementlər, xüsusilə liflər var. Və yüksək dərəcəli undan alınan məhsullarda, bu elementlərin demək olar ki, heç biri yoxdur. Gündə yalnız 5-6 dilim tam taxıl çörəyi bədəni gündəlik gündəlik liflə təmin edir. Bu lif miqdarını tərəvəz və meyvələrdən almaq istəyirsinizsə, 14 alma, ya da 21 yerkökü və ya 25 pomidor və ya 2,3 kq xiyar yemək lazımdır.
6-cı səbəb: Qocalma prosesini ləngidir
Artıq başa düşdüyünüz kimi, çörəyin bütün tərkibi faydalı maddələrdən məhrumdur. Tərkibində heç bir faydalı maddə olmayan məhsul orqanizmin gəncliyini qoruya bilməz. Odur ki, unu sevənlər adətən yaşlarından daha yaşlı görünürlər.
7-ci səbəb: Asılılıq
Çörək də zərərli maddərli kimi asıllıq yarada bilər. Təsadüfi deyil ki, unu "ağ ölüm" adlandırırlar. Unudulmamalıdır ki, un qanda şəkərin səviyyəsini və nəticə etibarilə insulin hormonlarının ifrazını artırır. Bir dilim qənnadı məhsulu yeməklə qanda şəkərin səviyyəsi sürətlə yuxarı qalxır, ancaq sonra sürətlə aşağı düşür. Nəticədə özünüzü yorğun hiss edirsiniz və yenidən canlı karbonhidratlar yemək istəyirsiniz. Qanda şəkər səviyyəsinin belə bir kəskin sıçrayışı diabetə gətirib çıxara bilər.
8-ci səbəb: Piylənmə və artıq çəki
Sonuncu bənd undan imtina etmək üçün əsaslı səbəb ola bilər. Rasionundan çörəyi çıxaran insanların 70 faizi ilk iki həftədə sürətlə çəki itirir. Ən yüksək dərəcəli 100 qram un yalnız 0.6 qram lif ehtiva edir, bütün qalan tərkib hissəsi ayaqlara, yanlara və qarın ətraflarına yağ şəklində toplanır. Çörəyin qlikemik indeksi şokoladdan daha yüksək göstəriciyə malikdir. Çörək məhsullarının içərisində olan nişasta isə həzm sistemində sürətlə bölünərək qana qlükoza şəklində daxil olur. Bu da o deməkdir ki, az sonra yenidən aclıq hiss edəcəksiniz.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO