Sağlamlıq
İnsanın gözünə əsasən ölümü təxmin edilə bilər
Göz bəbəklərinin ölçüsünə əsasən ürək çatışmazlığı olan xəstələrin ölüm tezliyini müəyyən etmək mümkündür.
Publika.az xəbər verir ki, bu barədə Yaponiyadakı Kitasato Universiteti Xəstəxanasının həkimləri məlumat verib. Onlar qeyd edib ki, göz bəbəklərinin kiçilməsi riskin yüksək olduğunu bildirir.
Mütəxəssislər iki il ərzində 870 xəstəni təqib edib. Araşdırma nəticəsində məlum olub ki, göz bəbəklərinin ölçüsü kiçik olan ürək xəstələri böyük göz bəbəkləri olanlardan iki dəfə çox ölüb. Bundan əlavə, kiçik göz bəbəkləri olan xəstələrin 50 faizi ürək problemlərinə görə yenidən xəstəxanaya yerləşdirilib, halbuki göz bəbəklərinin ölçüsü böyük olan insanların sadəcə 28 faizi yenidən həkimlərin köməyinə ehtiyac duyub.
“Müşahidələr göstərib ki, göz bəbəyinin ölçüsü ürək çatışmazlığı olan xəstələrin vəziyyətini qiymətləndirmək üçün qeyri-invaziv üsul ola bilər”, - alimlər sonda qeyd edib.
Aytən Məftun
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq

































