Sağlamlıq
Çinli alimlər Rusiya dərmanının COVID-19-a qarşı təsirli olduğunu təsdiqlədi
Çinli elm adamları koronavirus infeksiyasına qarşı mübarizədə istifadə edilən Rusiya istehsalı olan "Triazavirin" dərmanının təsirini təsdiqləyib.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının vitse-prezidenti Valeri Çaruşin məlumat verib.
“Triazavirin COVID-19 ilə mübarizədə müsbət təsir göstərir: xəstəliyin gedişat müddətini qısaldır, bir çox simptomu yüngülləşdirir. Harbin Tibb Universitetinin prezidenti Jan Baofen bu məlumatları təsdiqlədi” , - Ural Federal Universitetinin mətbuat xidmətinin rəhbəri Çaruşin açıqlamasında bildirib.
Vitse-prezident nəticənin tam təsdiqlənmədiyini və araşdırmaların davam etdiyini əlavə edib.
Dərman Heilonqjianq əyalətindəki on xəstəxanada sınaqdan keçirilir. Bəzi xəstələrə dərmanın qəbulu barədə məlumat verilib, bəzilərinə isə dərman xəbərsiz verilib. Sınaqda iştirak edən xəstələrin xəstəliyi yüngül keçirdiyi və ya orta dərəcədə temperaturu olduğu qeyd olunub. Ümumilikdə tədqiqata 245 nəfər cəlb edilib.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
