Sağlamlıq
Koronavirusun beyinə ÖLÜMCÜL TƏHLÜKƏSİ aşkarlandı
Nyu-York Universitetinin Qrossman tibb fakültəsinin alimləri hesab edir ki, SARS-CoV-2 koronavirusuna yoluxmuş hər 7 nəfərdən birində həyatı təhlükəli nevroloji xəstəliklər meydana çıxa bilər.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, simptomlar müvəqqəti qıcolmalara və insulta qədər dəyişilir. Araşdırmanın nəticələri “Neurology” jurnalında dərc olunub. Mütəxəssislər beyin xəstəlikləri və ya digər sinir xəstəlikləri diaqnozu qoyulmuş 606 COVID-19 xəstəsinin sonrakı durumunu izləyib. Nevroloji simptomları olan xəstələrin yarısı 71 yaş və daha yuxarı yaş qrupu olun, bunların isə 66 faizi kişilərdir.
Alimlər beynin və ya ətrafdakı membranların (ensefalit və menenjit) iltihablanmasını aşkarlamayıb, bu da virusun birbaşa mərkəzi sinir sisteminə daxil olmadığını göstərir. Lakin nevroloji simptomların baş verməsi ağır koronavirus xəstəsinin ölüm riskini 38 faiz artırır. Həkimlərin sözlərinə görə, nevroloji xəstəliklərin meydana gəlməsi həm də xəstəxanadan çıxdıqdan dərhal sonra uzun müddətli terapiya və ya reabilitasiya ehtimalını 28 faiz artırır.
Nevroloji fəsadlar ağır xəstəliklərin və bədənin aşağı oksigen səviyyələrinin ikinci dərəcəli nəticələridir. Kimyəvi elektrolit balansının pozulması, şiddətli infeksiya və ya böyrək çatışmazlığı, ümumi nevroloji problemlər, ümumiyyətlə, qızdırma, təngənəfəslik və öskürək də daxil olmaqla ümumi COVID-19 simptomlarının başlamasından 48 saat ərzində meydana gəlir.
Aytən Məftun
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO




































